Çərşənbə , İyun 19 2019
Ana səhifə / Siyasət / Ermənistan “Madrid prinsiplərindən” imtina edir

Ermənistan “Madrid prinsiplərindən” imtina edir

“Ermənistan üçün əsas prinsip Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu işğal edilmiş Azərbaycan ərazilərinə gələn Ermənistanın Xaric İşlər naziri Zohrab Mnatsakanyan deyib. Onun sözlərinə görə, Qarabağ “təhlükəsizlik zonası” elan edilməlidir. Erməni diplomat Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulmuş Madrid prinsiplərinən də danışıb. Mnatsakanyan qeyd edib ki, münaqişənin bu prinsiplər əsasında həll edilməsi Ermənistan üçün qəbuledilməzdir:

“Münaqişənin Madir prinsipləri əsasında həll edilməsi, Qarabağın birdəfəlik itirilməsinə gətirib çıxaracaq. Azərbaycan Madrid prinsiplərinə uyğun olaraq Ağdamı geri qaytara bilər ki, bu da Xankəndi, Şuşa və Əsgəranın Azərbaycan ordusunun nəzarətinə verilməsi deməkdir. Cəbrayıl və Zəngilan kimi ərazilərin iqtisadi əhəmiyyəti də var. Bu əraziləri də Azərbaycana verməklə Ermənistan üzərindən Naxçıvana uzanan bölgə Azərbaycanın nəzarətinə verilə bilər. Başqa sözlə, bu prinsiplər Ermənistanın mövqelərini atəş altında saxlayır. Kəlbəcərə gəldikdə, onun əhəmiyyəti olduqca böyükdür, burada böyük içməli su ehtiyatları var. Kəlbəcərdən Ermənistanın bir çox bölgələrinə nəzarət etmək mümkün olacaq”.

Həmçinin oxuyun

“ELÇİBƏY BAŞ NAZİRLİYİ TƏKLİF ETDİ, RAZILAŞDIM…” – “Amma axşam Bakını tərk etdi…”

1993-cü ilin bugünlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də AMİP lideri …