Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / “Ermənistan heç bir razılaşmaya əməl etməyəcəyini bir daha ortaya qoydu” – AMİP

“Ermənistan heç bir razılaşmaya əməl etməyəcəyini bir daha ortaya qoydu” – AMİP

“Gəncə şəhərinin raket atəşinə məruz qalması ilə qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla mülki əhaliyə qarşı terror aktı törədilməsi Ermənistanın mahiyyət etibarı ilə terrorçu dövlət olduğunu və heç bir razılaşmaya əməl etməyəcəyini bir daha ortaya qoydu”.
 
Bu fikirlər Azərbaycan Milli İstiqlal Partiyasının yaydığı bəyanatda yer öz əksini tapıb.
 
Bəyanatda deyilir: “Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması, cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərindəki hücum cəhdləri, Suqovşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə ağ bayraq sancılan sanitar maşının erməni hərbi birləşmələri tərəfindən atəşə tutulması və gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhərinin raket atəşinə məruz qalması ilə qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla mülki əhaliyə qarşı terror aktı törədilməsi Ermənistanın mahiyyət etibarı ilə terrorçu dövlət olduğunu və heç bir razılaşmaya əməl etməyəcəyini bir daha ortaya qoydu. 
 
Azərbaycan Milli İstiqlal Partiyası bəyan edir ki, bütün baş verənlərdə təcavüzkar Ermənistan və bilavasitə ona havadarlıq edən dövlətlər, eləcə də uzun illər ərzində problemin həll olunması missiyasını öz üzərinə götürsə də faktiki olaraq mövcud status-kvonun saxlanılmasında maraqlı olan ATƏT-in Minsk qrupunun həmsədrləri  məsuliyyət daşıyırlar. Hesab edirik ki, erməni tərəfinin atdığı addımlar fonunda ona son şans olaraq tanınan Moskva razılaşması da faktiki olaraq əhəmiyyətini itirmiş və qüvvədən düşmüş hesab olunmalıdır.  
 
Hər zamankı mövqeyimiz olaraq torpaqlarımızın işğaldan azad olunmasının yalnız hərbi-siyasi yolla mümkünlüyünü bir daha bəyan edirək bildiririk ki, düşmənə onun başa düşəcəyi dildə cavab verilməli, mülki insanımızın hədəf alınmasının qisası alınmalı və düşmən mövqelərinin susdurulması təmin edilməlidir”.

Azinforum.az 

Həmçinin oxuyun

Müxalifət “satqın”ı niyə hakimiyyətdən uzaqlaşdıra bilmir…

Ermənistan müxalifəti 10 noyabr üçtərəfli razılaşmasından sonra baş nazir Nikol Paşinyana “satqın” damğası vurub onu …