Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Siyasət / “Ermənistan hərbi cinayətlərini bu gün də davam etdirir” – Nazir

“Ermənistan hərbi cinayətlərini bu gün də davam etdirir” – Nazir

Azərbaycan üçtərəfli bəyanatların imzalanmasından sonra uzun illər işğal altında qalmış torpaqlarına yenidən həyatın qaytarılması və oradan didərgin salınmış 100 minlərlə məcburi köçkünün öz yurdlarına qayıtmaları üçün şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl addımlar atır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Gabrielius Landsbergis ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, azad edilmiş torpaqlar bütünlükdə yerlə-yeksan edilib, hər şey dağıdılıb:

“Orada heç nə mövcud deyil. Bərpa və yenidənqurma işlərini çətinləşdirən və daha da mürəkkəbləşdirən məqam 30 il ərzində ərazilərin Ermənistan tərəfindən minalanmasıdır. Ərazilər minalarla tamamilə zəhərlənib və cansız məkana çevrilib. Azərbaycanın və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Ermənistan bu xəritələri təqdim etməkdən boyun qaçırır. Bununla da uzun illər ərzində Azərbaycan torpaqlarında həyata keçirdiyi hərbi cinayətləri bu gün də davam etdirir”. Azvision.az 

Həmçinin oxuyun

“Hakimiyyətdə təmsil olunan erməni əsilli şəxslər çalışırlar ki, iki ölkə münasibətləri korlansın”

Məlum olduğu kimi, mayın 16-da Dmanisidə azərbaycanlıya məxsus marketə svan əsilli gürcülər taxta və dəmir …