Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Siyasət / Ermənistan Azərbaycana saxta xəritə təqdim edib? – Açıqlama

Ermənistan Azərbaycana saxta xəritə təqdim edib? – Açıqlama

Avropa Şurası Parlament Assambleyasında Ermənistanı təmsil edən Naira Zohrabyan sensassion sayılacaq açıqlama ilə çıxış edib.

Parlament üzvünün sözlərinə görə, Ağdamın minalanmış əraziləri ilə bağlı Ermənistanın təqdim etdiyi xəritənin 50 faizi saxtadır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov Naira Zohrabyanın bu çıxışının populist ifadələrdən ibarət olduğunu deyib:

“Birincisi, deputatın xəritələrlə bağlı danışmaq üçün səlahiyyəti yoxdur. O, xəritələrlə bağlı hər hansı fikir söyləyə bilməz, çünki o, nə həmin xəritələrin işlənməsində iştirak edib, nə də həmin xəritələrdən ümumiyyətlə, başı çıxır. Bu sırf peşəkar hərbçi, istehkam ixtisası olan zabitin işlədiyi sənəddir. Və həmin sənəd hərbi hissədə işlənir, məxfi hissədə saxlanılır. Ona görə də deputatın “xəritənin 50 faizi saxtadır” deməsi bir qədər absurddur. Niyə məhz 50 faiz? Niyə 30, yaxud 60 faiz yox? Bu, sadəcə populist bir ifadədir. Onun altında heç bir əsas yoxdur. Onlar xəritələri verəndə parlamentdə kollektiv qərar qəbul etməyiblər. Deputat bu məsələyə ümumiyyətlə, heç bir dəxli olmayan şəxsdir. Təbii ki, başı çıxmayan bir adamın hər hansı sözünü ciddiyə almaq olmaz”.

Ermənistan Azərbaycana saxta xəritə təqdim edib?  - Polkovnikdən açıqlama

Həmçinin oxuyun

Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskinin hədələrinə niyə reaksiya vermədi?

“Qorxu, xof səbəbindən, bir tikə çörək dalınca qaçmaları, qurduqları bizneslərinin dağılmaması və hədəfə tuş gəlməmək …