Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Siyasət / Ermənistan Azərbaycana bu kəndləri dəyişməyi təklif etdi

Ermənistan Azərbaycana bu kəndləri dəyişməyi təklif etdi

Kərkinin Başkəndlə dəyişdirilə biləcəyindən, anklavlar məsələsinin də bu məcrada həll olunacağından danışdıq.

Bu sözləri Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Qagik Melkonyan erməni mediasına müsahibəsində deyib.

“Başkənd anklavdır, ora çatmaq üçün bizə dəhliz lazımdır. Yaxud Kərkiyə çıxış əldə etmək üçün onlara (Azərbaycana – red.) dəhliz lazımdır”, – o bildirib.

Melkonyanın sözlərinə görə, danışıqlarda erməni tərəfinin tələbləri ondan ibarətdir ki, Azərbaycan Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisini tanısın, həmçinin Cermuk və Zod ərazilərindən geri çəkilsin:

“Ermənistan hakimiyyəti sülh müqaviləsinə doğru irəliləyir. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıdıq və Qarabağın Azərbaycanın bir hissəsi olması məsələsini qaldıranda Bakı yeni tələblər irəli sürməyə başladı: indi hər şeyin kağız üzərində olmasını tələb edirlər. Amma bizim tələblərimiz də kağız üzərində olmalıdır. Ona görə də Azərbaycan qarşı tərəfin tələblərini tanımağa məcbur olduğu ABŞ və Avropada danışıqlar davam edir. Azərbaycan özünü qalib sayır və hesab edir ki, İrəvanı istəsə, o zaman İrəvan ona verilməlidir”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Revanşistlərin sosial bazası güclü olmasa da, maliyyə və media resursları güclüdür”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda sentyabrın 19-dan bəri davam edən etiraz aksiyaları ilə bağlı …