Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Siyasət / “Ermənistan Azərbaycan ərazilərinə hərbçilər göndərməyə cəhd edir” – Nazir

“Ermənistan Azərbaycan ərazilərinə hərbçilər göndərməyə cəhd edir” – Nazir

Bu gün Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən APA-ya verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə hərbçilərini göndərmək cəhdləri, gündəlik əsasda insanların həyatı üçün birbaşa təhlükə təşkil edən mina xəritələrinin Azərbaycana verilməsindən imtina edilməsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verib.

Nazir, həmçinin bölgədə həyata keçirilən quruculuq və bərpa prosesləri bu xüsusda Aİ-nin mümkün rolundan danışdı.

Xüsusi nümayəndə Toivo Klaar bölgədə sülhün qazanılması üçün birgə çalışmağın vacibliyini qeyd edib. Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğuladı.

Tərəflər, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.

Həmçinin oxuyun

“Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə” – Erməni əsilli siyasətçidən etiraz

ABŞ Konqresinin aşağı palatasının – Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Ceki Speyer Birləşmiş Ştatların …