Ana səhifə / Siyasət / “Ermənistan artıq Rusiyanın nəzarətindən çıxır” – Zərdüşt Əlizadə

“Ermənistan artıq Rusiyanın nəzarətindən çıxır” – Zərdüşt Əlizadə

“Ermənistan vaxtilə zəif idi, başı Azərbaycanla müharibəyə qarışmışdı və sərhədlərini Rusiya hərbçiləri müdafiə edirdi. O da sərhədlərinə xərcləyəcəyi pulu Azərbaycanla müharibəylə sərf edirdi”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, bu siyasətin bir vaxtlar Rusiyaya sərf etdiyini bildirib:

“Ermənistanı müharibə tələsinə və özündən asılı vəziyyətə salmaq üçün bu siyasət Rusiyaya da lazım idi. Bir sözlə, Rusiya istəyirdi ki, bununla bölgəni nəzarətdə saxlasın. Artıq Ermənistan anlayıb ki, ona müharibə lazım deyil. Onlar kifayət qədər dövlətçilik tərbiyəsi toplayıb. Ona görə Rusiyadan xahiş edir ki, hərbçilərini ölkəmdən çıxar”.

Politoloqun sözlərinə görə Ermənistan artıq Rusiyanın nəzarətindən çıxır:

“Ermənistan artıq Rusiyanın nəzarətindən çıxır və hərbçilərin çıxarılması bu prosesin mərhələlərindən biridir. Növbəti mərhələ isə sülh müqaviləsi, Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsidir. Vaxt gələcək Ermənistandakı Rusiya hərbi bazası da çıxarılacaq. O hərbi bazada işləyənlər isə Rusiya vətəndaşı olan ermənilərdir. Orda beş minə yaxın erməni hərbçi işləyir və Rusiyadan yaxşı maaş alırlar”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı rus sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı “Zvartnots” hava limanını, eyni zamanda bu ölkənin Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuşdakı sərhəd məntəqələrini tərk etməsi razılaşdırılıb.

Həmçinin oxuyun

Fərəc Quliyev: “Partiyam seçkilərə qatılacaq, özüm isə…”

Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək. Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri …