Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ermənistan Ağdamdakı itkilərini gizlətdi, təkcə yaralı kilsə xadimi haqda xəbər yaydı

Ermənistan Ağdamdakı itkilərini gizlətdi, təkcə yaralı kilsə xadimi haqda xəbər yaydı

Ermənistan KİV-ləri bir neçə gün bundan əvvəl təmas xəttinin Ağdam istiqamətində “Azərbaycan ordusunun diversiya cəhdi zamanı yaralanan” kilsə xadiminin-dyakonun vəziyyətinə dair məlumat yayıb.

Virtualaz.org saytı xəbər verir ki, “Armenpress”  agentliyinin məlumatında Ağdam istiqamətindəki erməni kilsəsində dyakon kimi xidmət edən Ovanes Qalstyanın həmin insident zamanı başından güllə yarası aldığını, hazırda vəziyyətinin stabil olduğu bildirilir.

Məlumata əsasən 24 yaşlı Qalstyan hərbi hospitalın reanimasiya şöbəsindən neyrocərrahiyə şöbəsinə keçirilib.

Agentlik Ovanes Qalstyanın bu il iyunun 14-də Qarabağdakı erməni hərbi hissələrindən birində çəkilmiş və facebook səhifəsində yerləşdirilmiş fotosuna da yer verir.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyi xüsusi bəyanatla çıxış edərək Azərbaycan tərəfini təmas xəttində vəziyyəti gərginləşdirməkdə və “iki diversiya həmləsinə cəhd göstərməkdə” günahlandırıb.

Lakin erməni tərəfinin itkiləri və yaralananlar barədə heç nə deyilməyib. Azərbaycan Müdafiə Nazirliyi isə “erməni tərəfinin təxribat cəhdlərinə adekvat cavab verildiyinə” dair ümumi məzmunlu bəyanatla kifayətlənib.

Bu bəyanat mübadiləsindən üç gün sonra məlum olub ki, Azərbaycan ordusunun giziri, Ağdam istiqamətində düşmən gülləsindən yaralanmış İbrahim Osmanov xəstəxanada keçinib. Onun Qazax rayonundan hərbi xidmətə çağırıldığı məlum olub. Müdafiə Nazirliyi gizirimizin şəhid olmasına dair məlumatı şərh etməyib.

İndi belə təxmin etmək olar ki, bir neçə gün əvvəl təmas xəttinin Ağdam istiqamətində doğrudan da ciddi insident olub və erməni ordusu da itki verib. Ancaq bu itkilər gizlədilir və təkcə yaralı kilsə xadimi haqda məlumat yayılır.

Kilsə xadiminin səngərdə, yoxsa düşmən mövqelərinin arxasında yaralandığı da məlum deyil. Çünki kilsə xadiminin vəzifəsi döyüş postunda dayanmaq deyil, o, ən azından bölüyün qərargahında yaralana bilərdi.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın