Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Siyasət / Ermənistan 3+3 formatına ilkin münasibət bildirib

Ermənistan 3+3 formatına ilkin münasibət bildirib

Hazırda Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyasına dair heç bir danışıqlar aparılmır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, bunu noyabrın 4-də parlamentdə jurnalistlərin suallarına cavab verərkən Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorkyan deyib. Onun sözlərinə görə, danışıqların getmədiyi bir vaxtda Ermənistan-Azərbaycan sərhədinin hansı xəritələr əsasında müəyyənləşdiriləcəyi barədə danışmaq tezdir:

“Delimitasiyaya dair danışıqlar barədə məlumat verilməsi üçün delimitasiyaya dair danışıqlar olmalıdır. Hələki belə danışıqlar aparılmır və bizim hansı xəritə və sənədləri rəhbər tutacağımızdan danışmaq hələ tezdir. Bu danışıqlar aparılanda, biz belə məsələlərə müraciət edəcəyik”.

Bir qədər əvvəl Alik Media noyabrın ilk ongünlüyündə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin görüşünün gözlənildiyini xəbər vermişdi. Agentlik iddia edirdi ki, bu görüş zamanı iki bəyanat imzalanacaq və onlardan biri regional kommunikasiyaların açılmasına, digəri isə Ermənistan və Azərbaycanın bir-birlərinin ərazi bütövlüyünü qarşıplıpqlı tanımasına, habelə delimitasiya və demarkasiyaya aid olacaq.

Bu xəbərlərin yayılmasından sonra Ermənistanın xarici işlər naziri Ararat Mirozyan parlamentdə etdiyi çıxışda belə bir görüşün keçiriləcəyini istisna etmədiyini və hətta hansısa razılaşdırılmış bəyanatın ola biləcəyini bildirdmişdi. Lakin Ermənistan xarici işlər nazirinin müavini “əgər danışıqlar aparılmırsa, Mirzoyanın dedikləri nə ilə izah olunmalıdır” sualına cavab verməyib.

Gevorkyan brifinq zamanı yalnız üç suala cavab verəcəyini bildirib. Bu suallardan birini müxalifıət deputatı Anna Qriqoryan verib: “Bu son bir neçə gündə 3+3 formatı barədə fəal söhbətlər gəzir. Bu 3+3-dən biri də Ermənistandır və Ermənistan bu məsələdə aydın mövqe bildirməyib. Digər tərəfdən bu formatla bağlı risk və təhlükələr aşkardır. Amma Rusiya və Türkiyə öz danışıqlarında bu formatdan söz açırlar. Məni bizim tərəfin son dərəcə passiv mövqeyinin səbəbi maraqlandırı”.

Bu suala cavab verərkən Gevorkyan deyib ki, regional əməkdaşlığa dair bir neçə təkliflər var: “3+3 bu təkliflərdən yalnız biridir. Biz bütün təkliflərə münasibətdə, onlardan hər hansı birinə yaxşı və ya pis qərəzlə yanaşmadan vahid mövqe nümayiş etdirməliyijk. Bizim üçün prioritet olan Ermənistanın milli maraqlarıdır və sizin də dediyiniz kimi mümkün təhlükə və risklərin nəzərə alınmasıdır”.

Nazir müavini deyib ki, Yerevanın mövqeyinə görə bu təkliflər artıq mövcud olan formatları təkrarlamamalıdır: “Bu nöqteyi-nəzərdən bizim üçün prioritet budur ki, ATƏT-in Minsk qrupu həmsədrliyi təkrarlanmasın. Bütün bu təkliflərə baxılır, amma hər hansı irəliləyiş və ya qərardan danışmaq hələ tezdir”.

Regional münaqişə və mübahisələrin müzakirəsi üçün 3+3 formatı və ya Azərbaycanın, Erçmənistanın, Gürcüstanın, habelə Rusiya, Türkiyə və İranın iştirak edəcəyi 6-lı platforma barədə təklifi ilk dəfə Bakı və Anklara irəli sürmüşdülər. Rəsmi Moskva da bu formatı dəstəklədiyini bildirmişdi.

Həmçinin oxuyun

Azərbaycan – İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi …