Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Ermənipərəstlikdə suçlanan eks-deputatın oğlu Modern.az-a DANIŞDI: “Bəlkə də fikrimi düzgün ifadə etməmişəm, yalnış anlaşıldım”

Ermənipərəstlikdə suçlanan eks-deputatın oğlu Modern.az-a DANIŞDI: “Bəlkə də fikrimi düzgün ifadə etməmişəm, yalnış anlaşıldım”

“Yazılanlarla bağlı oğlumla əlaqə saxladım. Mənə bildirdi ki, onun söylədikləri səhv anlaşılıb”. Bunu Modern.az saytına Yeni Azərbaycan Partiyasının qurucularından biri, sabiq deputat Sudeyf İmamverdiyev oğlu Cavid Imamverdiyev barədə yazılanlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Cavidin ana nənəsi, babası Şamaxı qaçqınlarıdır, o vaxtkı hadisələr zamanı onların bütün nəslini ermənilər qırıb:

“Mən də bilirəm ki, qayınata və qayınanamın valideynləri Şamaxıdan qaçıblar, onların nəsillərini qırıblar. Gəncədən gələn kömək hesabına birtəhər Bakıya gəlib çıxa biliblər. Belə bir adamların nəvəsi “erməni soyqırımı”nı tanıya bilərmi?

1812-ci ildən bəri ermənilər rusların köməyi ilə azərbaycanlılara zülm ediblər. Cavidin babası Nəsrullah Nəsrullayev olub. Cavid yaxşı bilir ki, onun dayılarını, bibilərini ermənilər qırıblar”.

Sabiq deputatın fikrincə, oğlu bunları deyib, sadəcə, yazanlar dəyişdirib anlaşılmaz yazıblar.
Daha sonra “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının üzvü Cavid İmamverdiyev özü haqqında yazılanlarla bağlı Modern.az saytına eksklüziv açıqlama verib:

C.İmamverdiyev qeyd edib ki, hər şey onun Tina Kandelikanın Facebook-da yazdığı statusundakı şərhləri oxumasından sonra başalayıb:

“Hər şey mənim təsadüfən Kandelakinin Facebookda yazdığı statusundakı yazışmalara qoşulmağımla başladı. Həmin şərhlərdə azərbaycanlılar xoş görsənmirdi. Sadəcə mədəniyyət və tariximiz baxımından üstün olduğumuzu diqqətə çatdırmaq üçün şərh yazdım. O şərhlərlə də yalnış anlaşıldım”.

Sabiq deputat oğlu haqqında yazılanlara təəssüf hissi keçirdiyini vurğulayıb:

“İndi oxuyuram ki, məni ermənipərəst, vətəni sevməyən biri kimi təqdim edirlər. Və mən buna çox təəssüf edirəm. Həm də təssüf edirəm ki, özümü düzgün ifadə edə bilməmişəm. Orda insanların bir-birinə yazdıqları məni çox sarsıtdı və insanların bir-birinə qarayaxmalarından təəccübləndim. Bizim dövlət siyasətimiz budur ki, hər şey sülh yolu ilə həll olunmalıdır.
Buna görə yazdım ki, hər kəs etdiyi səhvləri etiraf etməli, qarşısındakından üzr istəməli və sülh şəraitində yaşamalıdır. Və bu sülh yalnız Azərbaycan torpaqlarının geri qaytarılması şəraitində baş verməlidir.
Mən mətbuatın yazdığı kimi ermənispərəst deyiləm. Mən sadəcə qarşılıqlı nifrətə etiraz edərək buna son qoyulmasına çağırış etmişəm. Və ulu nənəmin Şamaxıda daşnak qırğınları zamanı qaçqın düşdüyünü yazmışam. Ulu nənəm mənə nifrət öyrətməyib”.

Onun sözlərinə görə, faşistlərlə almanları fərqləndirə bildiyimiz kimi, bu məsələdə də tərəfləri fərqləndirməyi bacarmalıyıq.

“Yalnız sülh və dialoq yolu ilə bu münaqişəni həll etmək olar. Mənim demək istədiklərimi tamamilə tərsinə çevirib mətbuatda veriblər. Ola bilər ki, mən fikrimi düzgün ifadə etməmişəm. Amma yazılanlar həm də kontekstdən çıxarılıb.
“Erməni soyqırımı” məsələsinə gəlincə, Türkiyə prezidentinin ermənilərə başsağlığı verdiyini qeyd etmişəm. Mən o “soyqırımı” tanımağı nəinki dilimə, heç ağlıma da gətirmirəm. Fikrilərimi anlayıblar, amma kontekstdən çıxarıblar.
Mən həqiqətən özümü vətənpərvər hesab edirəm. Fəaliyyətim Azərbaycan mədəniyyətinin, Azərbaycan adının saxlanmasına xidmət edir”,- deyə C.İmamverdiyev vurğulayıb.

Rusiyalı televiziya aparıcısı Tina Kandelaki Facebook-dakı rəsmi səhifəsində “erməni soyqırımı”nı tanıyan status yazıb. Mətbuatın yazdığına görə, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının keçmiş üzvü Cavid İmamverdiyev də onun fikirlərinə haqq qazandırıb və o 1915-ci ildə Osmanlı imperiyasında baş verənləri “erməni soyqırımı” kimi xarakterizə edib.

Cavid İmamverdiyevin atası Südeyf İmamverdiyev 1995-2000, 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. O, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professordur. YAP-ın təməlini qoyan məşhur “91-lər”dən biridir.

Oğul və ata bəzi KİV-lərin məsələni kontekstdən çıxararaq onların əleyhinə istifadə etdiyini deyirlər



fayl1fayl

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …

Bir cavab yazın