Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / Ermənipərəst sənətçilərin Bakıya ayaq açmasına sərt etiraz –“Bu, şərəfsizlikdir”

Ermənipərəst sənətçilərin Bakıya ayaq açmasına sərt etiraz –“Bu, şərəfsizlikdir”

“Azərbaycan xalqının heysiyyəti ilə bu cür oynamaq olmaz”

“Atası Qarabağda ermənilər üçün konsert verirdisə, Filip bura gəlməməli idi”

“Erməni Filip, rədd ol!” Bu şüarları dekabrın 10-da erməni əsilli müğənni Filip Kirkorovun (Krikoryan) konsertində Qarabağ Azadlıq Təşkilatının  (QAT) üzvləri səsləndirib. Onlar konsertin keçirildiyi “Baku Cristall Hall”un  zalına daxil olaraq  müğənninin Bakıya gəlməsi ilə bağlı Azərbaycan və rus dillərində öz etirazlarını bildiriblər.
Nəticədə polislə qarşıdurma yaranıb və ondan artıq QAT üzvü saxlanılaraq Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparılıb, yalnız gecə saatlarında, konsert bitdikdən sonra sərbəst buraxılıblar.
QAT rəhbəri Akif Nağının dediyinə görə, müğənni etiraz aksiyaları qarşısında öz təəccübünü gizlədə bilməyib, ifasını və musiqini dayandıraraq etirazçıları dinləmək məcburiyyətində qalıb: “Konsertdə ən azı beş yerdə cəmləşmişdik. Etirazımızı müxtəlif yerlədən, müəyyən fasilələrlə bildirdik, plakatlar qaldırıldı, şüarlar səsləndi. Etirazımız tam şəkildə Filip Krikonyanın diqqətinə çatdı, ifasını dayandırıb məcburən etirazlarımızı dinləməli oldu. Və ən yazı  yarım saat- 40 dəqiqə ərzində aksiyamız davam etdi. Hamı başa düşməlidir ki, bu proses Azərbaycan maraqlarına cavab verməyən bir haldır. Azərbaycan torpaqları işğal altındadır və bu cür səfərləri, konsertləri təşkil edənlər birbaşa erməni siyasətinə xidmət edilər. Biz erməni əsilli müğənnilərə xəbərdarlıq edirik ki, gələn dəfə aksiyamız daha sərt olacaq. Azərbaycan xalqının heysiyyatı ilə bu cür oynamaq olmaz”.
Image result for Akif nağı
Qeyd edək ki, az öncə QAT ermənipərəsət Soso Pavliaşvilinin konsertində də şüarlar səsləndirib, onun gəlişinə və konsertinə etiraz etmişdi. Ümumiyyətlə isə son zamanlarda Bakıya həm ermənipərəst, həm də erməni əsilli müğənnilər ayaq açmağa başlayıb. Onların konsertləri isə xüsusi olaraq Bakının ən möhtəşəm zallarında keçirilir, təşkil edilir. Səbəb nədir, bu cür konsertlər Azərbaycana lazımdırmı?
Image result for Sabir Rüstəmxanlı
Sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlı da məsələyə öz kəskin münasibətini bildirdi: “Onun atası Bedros Dağlıq Qarabağda mahnı oxuyub diz çökür, ağlayır orda, oğlu da gəlir bura… şərəfsizlikdir bu. Nə qədər ki, savaş bitməyib, ortada razılaşma yoxdur, Dağlıq Qarabağda konsertlər verən, erməni icmasının təbliğatçısı olan, Qarabağın az qala öz dövləti kimi tanıtmaq istəyən qüvvələrin Bakıya gəlməsi və yaxud arxayın surətdə gəzməsi yolverilməzdir. Çünki Azərbaycanın bu addımları qarşılıqlı olsaydı, anlamaq olardı. Amma heç bir qarşılığı yoxdur, əksinə, erməni tərəfinin bundan sonra ayağı yer alır. Buna görə də dəxili olmayan, erməni əsilli və ya ermənipərəst insanların Bakıda konserti verməsi qəbul etmək olmaz. Onlara dəstək olan müəyyən insanlar var. O sarayda (”Baku Cristall Hall” – red.) xatırlamıram ki, Azərbaycanın ümumi bir sənətçisinin konserti keçirilsin. Adətən bu cür konsertlə təşkil olunur. O cür zala 2-3 min insan bilet ala bilər, yerdə qalanını təşkil edilər. Kimlərdir bu təşkilatlaçılar? Kimə xidmət edir onun üçün bu cür şəraiti yaradan, çoxlu bilet alanlar? Bu nə cür münasibətdir, anlaya bilmirəm. Yəqin ki, orda köçürmə təşkilatlar var. Sonra aydın olacaq ki, o təşkilatlara kimlər pul köçürüb. Bu sadəcə olaraq məsələnin ciddiyyətini başa düşməmək və Azərbaycan xalqına hörmət göstərməməkdir”.
Image result for Mübariz Tağıyev
Mövzu ilə əlaqədar tanınmış sənətçilərin də mövqeyini öyrənməyə çalışdıq. Xalq artisti Mübariz Tağıyev “Filipi bağışlamaq olar” deyə fikir bildirdi: “Sənət aləmini siyasətlə qarışdırmaq doğru deyil. Müəyyən ulduzlar var ki, müəyyən dairələrdə onların sözləri keçir. Bədnam qonşularımız da ömür-billah çalışırdılar ki, tanınmış müğənniləri çağırsınlar, onlara hörmət etsinlər və sonra da o müğənnilər Ermənistan haqqında fikir, rəylərini söyləsinlər. Filip Kirkorovun atası ermənidir. Bu insan bütün bunların hamısının üstündən xətt çəkib Azərbaycana gəlirsə, gəlin özümüz düşünək, bu nə siyasətdir, nə deməkdir? Mən burda bir şey görmürəm. Sənət adamıdır, Rusiyada da sözü keçən adamıdır. İndiki halda… bəlkə də lazımdır bu, bəlkə də. Bir neçə il bundan əvvəl bu söhbət olanda mən qəti surətdə narazılığımı bildirdim. Çünki atasının Ermənistandakı konsertləri ürəkaçan deyildi. Amma əgər Filipin ata tərəfi ermənidirsə və Azərbaycana gəlib konsert vermək istəyirsə, ürək dolu Azərbaycan haqında danışırsa, mənə elə gəlir ki, onu bağışlamaq olar”.
Əməkdar artist Elza Seyidcahan isə məsələyə bu cür münasibət bildirdi: “Ermənilərin bizə etdiklərini hələ də unutmamışıq. Əgər onun atası Dağlıq Qarabağda ermənilər üçün konsert verirdisə, Filip bura gəlməməli idi. Mən buna etiraz edən insanları başa düşürəm, özüm də hətta o hissləri yaşayardım. Buna görə də 70 ildən bir bizim başımıza belə işlər gəlir. Biz onlar ürəyimizin qapılarını açırıq, bağışlayırıq, mərhəmətli oluruq, sonra 70 ildən bir hadisələr təkrarlanır. Onlar yenə də gələcəklər, biz yenə də onlara qapı açacağıq və beləliklə hər şey davam edəcək. Bəli, elə ermənilər var ki, onlar Bakıya, Azərbaycana həsrətdirlər, hətta göz yaşları  tökürlər. Xarici ölkələrə gedəndə bunun şahidi oluruq”.
Image result for Filip Kirkorov
Xatırladaq ki, Filip Kirkorov (Kirkonyan) Bolqarıstanda anadan olub və bir neçə dəfə konsertlərində erməni olduğu üçün fəxr etdiyini deyib. Onun anası Varna bolqar qızıdır. Buna görə bəzən Filipin bolqar olduğunu qeyd edənlər var. Atası Bedros Kirkorov (Kirkoryan) isə hər il qondarma “erməni soyqırımı” günündə Dağlıq Qarabağda “xatirə konsertləri” verir. Yayılan məlumatlara görə, o, Daşnak partiyasının da üzvüdür. Onun qardaşı (Filippin əmisi) Kirk Kirkorov isə biznesmendir və ABŞ-da yaşadığı bildirilir. Məlumatlarda qeyd olunur ki, Kirk Kirkorov da erməni milliyyətçisidir və hər il Ermənistana külli miqdarda yardımlar göndərir. İnternet resuslarında Filip Kirkorovun avtobioqrafiyasında babası Filip Krikoryan, nənəsi Sofiya Krikoryanın erməni olduğu göstərilib.(musavat.com)

Həmçinin oxuyun

Putin: “Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”

“Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”. APA-nın Moskva müxbirinin …

Bir cavab yazın