Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Siyasət / “Ermənilərin Qərbi Azərbaycan türklərinə qarşı törətdikləri cinayət əməlləri soyqırım olaraq tanınmadığından…” – İTC

“Ermənilərin Qərbi Azərbaycan türklərinə qarşı törətdikləri cinayət əməlləri soyqırım olaraq tanınmadığından…” – İTC

İRƏVAN TÜRK CUMHURİYYƏTİ MİLLƏT ŞURASININ B Ə Y A N A T I

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin sentyabrın 18-də Ermənistana səfəri zamanı verdiyi və regiondakı vəziyyəti təhrif edən bəyanatı dərin təəssüf hissi doğurur. Pelosinin Azərbaycan Respblikasına qarşı əsassız və ədalətsiz ittihamları qəbuledilməzdir. 13 sentyabr 2022-ci il tarixdə baş vermiş cinayət Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatıdır.Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını alaraq, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasını təmin edib. Azərbaycan-Ermənistan sərhədində olmuş təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşürNümayəndələr Palatasının spikeri Nensi Pelosi bu səfərdən öz daxili siyasi gündəmi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini almaq üçün istifadə edib.

Qeyd edək ki, erməni faşist dairələrinin uzun illər avantürist siyasəti nəticəsində ermənilərin Qərbi Azərbaycan (İndiki Ermənistan) türklərinə qarşı tətbiq etdikləri deportasiya və soyqırım siyasəti öz siyasi qiymətini dünya miqyasında, o cümlədən ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən verilməmişdir. 1918-ci ildən, 1989-cu ilə qədər Ermənistan və Sovetlər Birliyinin faşist fəaliyyəti nəticəsində 5 milyona yaxın Qərbi Azərbaycan (indiki Ermənistan) türkləri vətənlərindən qovulmuş və onlara qarşı törədilmiş deportasiya, qətliam və soyqırıma hüquqi qiymət verilməmişdir.Qərbi Azərbaycan (indiki Ermənistan) türklərinə qarşı əsrlər boyu davam edən nifrət siyasəti nəticəsində törədilən soyqırım cinayətlərinə beynəlxalq ictimaiyyətin biganə yanaşması, eləcə də cinayətkarların ədalət mühakiməsinə cəlb edilməməsi, cəzasızlıq sindromunun yaranmasına, yeni bəşəri cinayətlərin törədilməsinə, insan hüquqlarının kütləvi pozuntularının geniş vüsət almasına gətirib çıxarmışdır. Ermənilərin Qərbi Azərbaycan türklərinə qarşı törətdikləri cinayət əməlləri soyqırım olaraq tanınmadığından, ermənilərin insanlıq əleyhinə qarşı cinayət əməlləri uzun müddət davam etmişdir.1920-ci ildə, kommunist Rusiyası tərəfindən dünya tarixində ilk dəfə yaradılmış erməni dövləti yarandığı gündən, nəzarəti altında olan Qərbi Azərbaycan torpaqlarında türk xalqının minilliklər boyu yaratdığı bütün tarixi abidələri və mədəni irsi sistemli və məqsədli şəkildə məhv etmişdir.

Biz İrəvan Türk Cümhuriyyəti Millət Şurasinın üzvləri olaraq, dünya birliyini və beynəlxalq təşkilatları, ABŞ Konqresinin Nümayəndələr Palatasını ikili standartlara yol vermədən, beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq, insanlıq əleyhinə cinayət olan, 1918-ci ildən, 1989- cu ilə qədər Qərbi Azərbaycan türklərinə qarşı törədilmiş soyqırıma səssiz qalmamağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə, bu qatı cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımağa çağırırıq.

Ermənistanın ABŞ, Fransa, Rusiya və Avropa Parlamentindəki erməni lobbisinin tamamilə yalan məlumatlarına əsaslanan, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründən irəli gələn reallıqları, o cümlədən bu torpaqlarda mədəni irsimizə qarşı törədilən vandallıq faktlarını təhrif edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan, regionda uzun müddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərini zədələyən fəaliyyətlər, özündə bir sıra təhlükəli məqamları ehtiva etməklə bəşəriyyətin dini, irqi ayrı-seçkiliyin və dözümsüzlüyün aradan qaldırılması səylərinədə kölgə salır. Biz İrəvan Türk Cümhuriyyəti, Millət Şurasinın üzvləri olaraq Qərb ölkələrinin erməni lobbisinin “təsiri” altında fəaliyyət göstərməsini şiddətlə qınayır və regionda normallaşma prosesinə ziyan vuracaq təxribatlardan çəkinməyə dəvət edirik.

« 19» sentyabr 2022-ci il

Həmçinin oxuyun

“Zəngəzur dəhlizi ətrafında mənfi geostrateji və əlverişsiz durum yaranır”

İkinci Qarabağ müharibəsinin 2 ili tamamlanır. Sabah ölkədə Anım Günü olacaq. Müharibədən sonrakı 2 ildə …