Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ermənilərin İrəvanda Xirosima qurbanlarına canıyananlıq etməsinin məkrli pərdəarxası…

Ermənilərin İrəvanda Xirosima qurbanlarına canıyananlıq etməsinin məkrli pərdəarxası…

İsmayıl Ağayev: “Məlum oldu ki, Ermənistan dövlət səviyyəsində nüvə qaçaqmalçılığı ilə məşğul olur”

“Nüvə silahından ölənlərin xatirəsini əziz tutmaqla nüvə qaçaqmalçılığı etmək heç cür bir araya sığmır”

Avqustun 9-u İkinci Dünya Müharibəsi zamanı ABŞ aviasiyası tərəfindən Yaponiyanın Naqasaki şəhərinə atom bombasının atılmasının 71-ci ildönümü bütün dünyada qeyd edilir. Naqasakinin Sülh Parkında keçirilən kütləvi anım mərasimində Yaponiyanın baş naziri Sindzo Abe və 50 ölkənin nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən Naqasaki şəhərinin meri Tomihisa Taue G7 sammiti çərçivəsində şəhəri ziyarət edən ABŞ prezidenti Barak Obamaya təşəkkürünü bildirib: “Mən digər ölkə liderlərini də atom bombardmanının dəhşətli fəsadlarını görmək üçün Xirosima əv Naqasakiyə çağırıram”.
Xatırladaq ki, 1945-ci il avqustun 9-da Naqasakiyə atom bombasının atılması nəticəsində 70 min, avqustun 6-da Xirosima şəhərinə atom bombası atılması nəticəsində isə 140 min adam həlak olub.
Qeyd edək ki, faciə qurbanlarının anılması adı ilə İrəvan şəhərində də geniş tədbir keçirilib. Bu məsələnin arxasında hansı erməni niyyətləri ola bilər?
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevin sözlərinə görə, bunu ermənilərin növbəti hiyləgər gedişi kimi dəyərləndirmək olar:

“Düzdür, Yaponiyaya atom bombasının atılmasını bütün ölkələr pisləyir. Hətta bildirilir ki, xatirə qurbanlarının anılmasında ABŞ prezidenti Barak Obamanın özü də iştirak edib. Bu bəşəri bir faciədir. Ermənilər bu cür həssas mövzulardan istifadə etməklə, özlərini də əzabkeş millət obrazında qələmə verir. Bu cür bəşəri fəlakətlərə həsr olunan tədbirlərdə onların nümayəndə heyətləri dərhal qondarma soyqırım mövzusunu ortaya atır. Biz dəfələrlə beynəlxalq tədbirlərdə bunun şahidi olmuşuq. Bununla Yaponiya hökumətinə mesaj verirlər ki, siz də qondarma erməni soyqırımı məsələsinə diqqət ayırın. Faciədən təəssüfləndikləri ilə bağlı onların narahatlığını səmimi qəbul edə bilmərik. Çünki belə hisslərin daşıyıcısı olan millət Xocalı faciəsini törətməzdi. Başqasının torpağını işğal altında saxlayan bir ölkədən hansı insanlığı gözləmək olar?
Ermənilərin bu məsələdə digər marağı “Metsamor”la bağlıdır. Bilirsiniz ki, Azərbaycanın apardığı aktiv mübarizədən sonra Ermənistanla bağlı nüvə qaçaqmalçılığına dair faktlar açıqlandı. Məlum oldu ki, Ermənistan dövlət səviyyəsində nüvə qaçaqmalçılığı ilə məşğul olur. Bu gedişlə onlar həmin qara ləkəni də üstlərindən təmizləməyə can atır. Ancaq hesab edirəm ki, alınan məsələ deyil. Çünki nüvə silahından ölənlərin xatirəsini əziz tutmaqla, nüvə qaçaqmalçılığı etmək heç cür bir araya sığmır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın