Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Siyasət / Ermənilərin güllələdiyi azərbaycanlı gəncin meyiti Balakənə gətirildi

Ermənilərin güllələdiyi azərbaycanlı gəncin meyiti Balakənə gətirildi

Sentyabrın 13-də Rusiyanın Volqoqrad şəhərində erməni tərəfindən odlu silahla qətlə yetirilən azərbaycanlı Eduard Nəbi oğlu Çiriyevin meyiti Azərbaycana gətirilib.

Bu barədə Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad (ÜAK) üzrə regional bölməsinin sədr müavini Fikrət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 24 yaşlı Eduard doğulduğu Balakən rayonunda dəfn olunub.

ÜAK-ın regional bölməsinin rəhbəri Teymur Həsənov isə APA-ya açıqlamasında Volqoqradda azərbaycanlılarla ermənilər arasında baş verən hadisənin təfərrüatları barədə danışıb.

Onun bildirdiyinə görə, E.Çiriyev dostları ilə birlikdə yeyib-içdikdən sonra şəhərdəki ermənilərin barına getməyə qərar veriblər: “Hüquq-mühafizə orqanlarından mənə verilən məlumata görə, Eduard Çiriyev və dostları birlikdə yeyib-içdikdən sonra ermənilərin barına gediblər. Bu zaman onlarla barda olan ermənilər arasında mübahisə düşüb. Barın sahibinin oğlu Virabyan soyadlı erməni avtomobilində olan “Sayqa” tipli tüfəngini götürərək Eduard Çiriyevə atəş açıb. Nəticədə Eduard aldığı güllə yarasından ölüb”.

Diaspor rəhbəri hadisənin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu söyləyib.

Qeyd edək ki, azərbaycanlını öldürən erməni Volqoqraddakı erməni diasporunun bir müddət rəhbəri olmuş Vyaçeslav Virabyanın oğludur.

*   *   *14:22

Volqoqraddakı barda azərbaycanlılarla ermənilər arasında baş vermiş dava-dalaşın bəzi təfərrüatları bəlli olub.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, davanın baş verdiyi “Bariton” karaoke-barının erməni sahibinin oğlunun ov tüfəngindən açdığı atəş nəticəsində ölən şəxs milliyyətcə azərbaycanlı – Azərbaycanın Balakən rayonundan olan 24 yaşlı Eduard Nəbioğludur.

*   *   *13:26

Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, dava-dalaş sentyabrın 13-də gecə şəhərdəki “Bariton” karaoke-barında olub. 10 nəfərdən çox adamın qatıldığı davada bir nəfər güllələnib.

Şahidlərin verdiyi məlumata görə, barın müştəriləri arasında baş verən insidentə “Bariton”un sahibinin oğlu da qoşulub və o, ov tüfəngindən atəş açaraq gənclərdən birini yaralayıb.

“Bariton” barı

Bundan sonra yaralının dostları onu öz maşınları ilə xəstəxanaya aparıblar. Lakin bar sahibinin oğlu bununla da sakitləşməyib və öz dostları ilə həmin maşını təqib etməyə, təqib edə-edə həmin maşına atəş açmağa başlayıb. O, hətta xəstəxananın həyətində də atəş açmaqda davam edib. Daha sonra isə hadisə yerini tərk edib.

Yaralı xəstəxanaya çatanda keçinib. 21 yaşlı azərbaycanlı gənc boynundan aldığı güllə yarasından ölüb. Bar sahibinin 34 yaşlı oğlu isə həbs edilib.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, “Bariton” barı Volqoqraddakı erməni biznesmenə məxsusdur.

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …

Bir cavab yazın