Erməni rejissor Civan Avetisyanın 2016-cı il Aprel savaşı haqda saxtalaşdırılmış faktlarla dolu filmi 22-26 iyunda Kannda onlayn keçiriləcək kino-bazarına (“The Marché du Film – Festival de Cannes”) çıxarılacaq.
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yazdığına görə, bu haqda məlumat Ermənistan Kinematoqrafçılar İttifaqının “Facebook” səhifəsində yayılıb. “Cənnət qapıları” adlanan üzdəniraq filmin premyerası İrəvanda 2019-cu ilin oktyabında nümayiş etdirilib.
P.S. Azərbaycan bu 4 ildə hələ də Aprel savaşı haqda dünya səviyyəsinə çıxarılacaq bir film çəkməyib… Hələ 26 il ötən birinci Qarabağ müharibəsini demirik…
