Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / Ermənilərdən növbəti “soyqırım” təxribatı – indi də bizi ittiham edirlər

Ermənilərdən növbəti “soyqırım” təxribatı – indi də bizi ittiham edirlər

Ermənistan növbəti qarayaxma kampaniyasına keçib. Azinforum.az erməni mediasına istinadən xəbər verir ki, Lemkin adına Soyqırımların Qarşısının Alınması İnstitutu Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışlarında güya dəfələrlə Ermənistanı hücumla hədələdiyi soyqırım ritorikasından dərin narahatlığını ifadə edib:
Ermənistan növbəti qarayaxma kampaniyasına keçib. Azinforum.az erməni mediasına istinadən xəbər verir ki, Lemkin adına Soyqırımların Qarşısının Alınması İnstitutu Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışlarında dəfələrlə Ermənistana hücumla hədələdiyi soyqırım ritorikasından dərin narahatlığını ifadə edib.
Lemkin İnstitutu tvitter hesabında bunları yazıb:

“Biz Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan hökumətinin xüsusi soyqırım ritorikasından istifadə etməsini pisləyirik. Azərbaycan Prezidentinin ritorikası mahiyyət etibarı ilə soyqırım xarakteri daşıyır və ümumi soyqırım evfemizmlərinə əsaslanır. Biz beynəlxalq ictimaiyyəti bu ritorikanı pisləməyə və erməniləri müdafiə etməyə çağırırıq”.

Lemkin İnstitutunun dərc etdiyi hesabatda İ.Əliyevin erməniləri “faciə gözləyir” və ya “Azərbaycanın səbri tükənir” sözləri misal kimi göstərilir. İnstitut erməni xalqına qarşı yeni bir soyqırım törətməmək üçün beynəlxalq ictimaiyyətin diqqətini bu ritorikaya cəlb edir.

Bəllidir ki, ermənilər saxta “soyqırım” iddiaları ilə daim türk dünyasına qarşı təzyiqlər ediblər. İndi də sülh sazişindən yayınmaq üçün belə çirkin ritorikadan istifadə edirlər.
Azinforum.az

Həmçinin oxuyun

Laçının azad edilməsindən iki il ötür

Laçın rayonunun Ermənistan işğalından azad edilməsindən 2 il ötür.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə …