Ana səhifə / Siyasət / ERMƏNİLƏRDƏN NÖVBƏTİ HƏYASIZ İDDİA:”Erməni xalqının öz vətənində yaşama hüququ tanınıb”

ERMƏNİLƏRDƏN NÖVBƏTİ HƏYASIZ İDDİA:”Erməni xalqının öz vətənində yaşama hüququ tanınıb”

“Lragir”, Ermənistan, 28 dekabr 2019-cu il

Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağda (mətndə Artsax olaraq göstərilir – tərc.) azad olunmuş (mətndə belə gedib – tərc.) ərazilərin məskunlaşdırılmasını və inkişafını təsbit edib, Azərbaycan isə buna qarşı heç nə edə bilməz. O, yalnız sanksiyalara nail olmaq üçün məhkəməyə müraciət edə bilər.

Ermənilər, nəhayət, türklərdən başlıcasını – öz hüquqlarını yeritməyi, onları bəyan etməkdən çəkinməməyi və qələbəyə görə özünə haqq qazandırmağa çalışmamağı öyrəniblər. 100 ildən çox müddət ərzində güclü türk-rus təbliğat maşını erməniləri ittiham edərək və onların öz vətənlərində yaşama hüququnu inkar edərək, soyqırımla qorxudub.

Naxçıvan Aqulisində (Ordubadın Aşağı Əylis kəndi mətndə belə adlandırılıb – tərc.) ermənilərin qırğınının (mətndə belə gedib – tərc.) 100 illiyi münasibətilə Ermənistan XİN-in verdiyi bəyanatda deyilir: “İndi, o faciəli hadisələrdən 100 il sonra Ermənistan erməni xalqının öz tarixi vətənində, o cümlədən Dağlıq Qarabağda yaşamaq və inkişaf etmək hüququnu qorumaq və təmin etmək üçün daha əzmlidir”.

Dağlıq Qarabağ müharibəsində qələbədən sonra ötən 25 il ərzində erməni tərəfi öz hüquq və maraqlarını qorumaqda qərarlı olduğunu bəyan etməmişdi. Yalnız digər – rus və türk maraqları “vardı”. İndi durum dəyişib və ermənilər I Dünya Müharibəsindən sonra, 4 dünya imperiyasının dağılmasının çox sayda dövlətin yaranmasına gətirib çıxardığı bir vaxtda nə üçün ermənilərin tarixin “arxa bağçası”nda qaldığını aydınlaşdırmağa cəhd edərək, 100 il əvvəl baş vermiş hadisələrə qayıdırlar.

Bu gün (28 dekabr – tərc.) ermənilərin tarixində mühüm rol oynamış ABŞ Prezidenti Vudro Vilsonun doğum günüdür. Daha böyük rol oynaya bilərdi, lakin 100 il əvvəl nə isə Vilsona öz münsiflik rolunu yeritməyə mane olub. Həqiqətən, insultmu?

Vilson Ermənistan, Çanaqqala və Bosfor boğazları ilə bağlı ABŞ mandatı haqqında düşünürdüTed Vidmerin (Karnegi Şurasının üzvü) “The New York Times”da dərc olunan “Bir əsr öncə ortaya çıxan müasir Yaxın Şərq” adlı məqaləsində deyildiyinə görə, o, 20 mart 1919-cu ildə öyrənib ki, fransız və ingilis həmkarları Osmanlı İmperiyasını bölmək üçün gizlicə razılaşıblar.

Vilson Paris Sülh Konfransında iştirak edərək, 6 ayını bu şəhərdə keçirib. 28 iyun 1919-cu ildə rəsmi olaraq I Dünya Müharibəsini bitirən Versal müqaviləsi imzalanıb. 02 oktyabr 1919-cu ildə isə Vilson ağır insult keçirib. Bir neçə ay ərzində o, yalnız əlil arabasında hərəkət edə bilib və aydın deyil ki, həmin dövrdə ABŞ-da qərarları kim verirdi.

Paris Sülh Konfransının (1919-1920-ci illər) gedişində Almaniya (Versal müqaviləsi), Avstriya (Sen-Jermen müqaviləsi), Bolqarıstan (Nyeyi müqaviləsi), Macarıstan (Trianon müqaviləsi) və Osmanlı İmperiyası (Sevr müqaviləsi) ilə sülh müqavilələri hazırlandı.

22 noyabr 1920-ci ildə ABŞ Prezidenti Vudro Vilson müttəfiqlərin müzakirəsinə bir arbitraj təklifi təqdim edir. Həmin təklifə əsasən, Türkiyə 103 599 km2 ərazini – Van və Bitlis vilayətlərinin 2/3-ni, demək olar ki, bütün Ərzurum vilayətini,  liman da daxil olmaqla, Trabzon vilayətinin böyük hissəsini Ermənistana verməli idi. O halda, Ermənistan Respublikası ilə birlikdə, bu dövlətin Qara dənizə çıxışı da olan 150 000 km2 ərazisi olardı. Gürcüstan ərazisindən keçməklə Batumiyədək dəmir yolunun inşa edilməsi də planlaşdırılırdı. Bundan əlavə, Ermənistana tranzit keçid imtiyazı və Batumi limanının bir hissəsinin icarəyə verilməsi təminatı verilirdi.

Lakin 1920-ci ilin sentyabrında Türkiyə Ermənistana geniş miqyaslı hücuma başlayır. Mustafa Kamalın qoşunları Qars və Aleksandropolu (Gümrü – tərc.) tutaraq, 1920-ci ilin noyabrında Ermənistanın mövcudluğunun özünü təhdid etdilər. Sonrakı iki il ərzində kamalçılar və bolşeviklər Ermənistanı işğal etdilər. Yekunda onu 1921-ci ildə imzalanan Moskva müqaviləsilə böldülər. Hazırda Ermənistanın sərhədi yoxdur, Rusiya sərhədçilərinin qoruduğu rus-türk sərhədi vardır.

İndi Ermənistan öz haqlarının qorunması yolunda qətiyyətli addımlar atır. Dağlıq Qarabağda qələbə buna yol açıb. Beynəlxalq təşkilatların ərazilərin məskunlaşdırılmasını təsbit etməsi isə ondan xəbər verir ki, erməni xalqının öz vətənində yaşama hüququ tanınıb. ABŞ Konqresinin hər iki palatasının qətnaməsi də bunu göstərir.

Tərcümə Strateq.az-ındır

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …