Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / Ermənilər Şuşanın abadlaşdırılmasına 4 mln. dollar pul xərcləyəcək –FOTOLAR

Ermənilər Şuşanın abadlaşdırılmasına 4 mln. dollar pul xərcləyəcək –FOTOLAR

25 ilə yaxındır işğal altında olan Dağlıq Qarabağda qondarılımış  separatçı rejim xaricdəki erməni milyarderlərinin dəstəyinə arxalanaraq  Azərbaycanın  qədim Şuşa şəhərinin mümkün qədər abadlaşdırılmasını davam etdirirlər. Moderator.az erməni mediasına istinadla xəbər verir ki, Şuşa “rayon administrasiyasının arxitektura və şəhərsalma şöbəsinin müdiri Georgi Ayrapetyan  bu barədə yeni məlumatlar verib. Onun sözlərinə görə,   “dövlət proqramına” uyğun olaraq 2016-cı lidə Şuşadakı tikinti-təmir işlərinə 794 mln. 872 min dram (1 mln. 658 min ABŞ dolları) ayrılıb.
Həmin məbləğ uyğun olaraq təhsil və mədəniyyət obyektləri, yaşayış binalarının  və s. tikinti və təmirinə və s. bölünüb.  Artıq nəzərdə tutulmuş proqram 85 faiz yerinə yetirilib. Ümumerməni “Hayastan” fondu, milyarder Ruben Ayrapetyanın  və s.  ayırdığı əlavə vəsaitlər də nəzərə alınarsa, bu ilin sonunadək Şuşanın abadlaşdırılmasına 1mlrd. 850 mln. dram(3 mln. 858 min 990 dollar) xərclənəcəyi gözlənilir.

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …

Bir cavab yazın