Bazar ertəsi , May 23 2022
Ana səhifə / Siyasət / Ermənilər ordumuzdan yardım istəyir

Ermənilər ordumuzdan yardım istəyir

Xankəndi yenidən qazsız qalıb.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, Qarabağdakı separatçılar Rusiyanın ərazimizdə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin rəhbərliyinə müraciət edərək Azərbaycan Silahlı Qüvvələri ilə əlaqə saxlanmasını istəyiblər.

Onlar Xankəndinin təbii qazla təminatında yaranmış problemin aradan qaldırılmasında Azərbaycan hərbçilərindən yardım göstərilməsini xahiş edirlər.

“Arsaxqaz” Qapalı Səhmdar Cəmiyyəti “qaz boru kəmərinin təmiri və yoxlanması ilə bağlı işlər tam başa çatdırılıb” bəyanatı verərək qarabağlı ermənilər arasındakı abonentlərin tam yarısının evlərində təbii qaz olduğunu vurğulasa da, belə deyil.

Ermənistandan Xankəndinə gedən qaz boru kəmərində baş vermiş qəza hələ də aradan qaldırılmayıb, kəmər təmir olunmayıb.

Həmçinin oxuyun

“Kreml Paşinyanı Moskvaya çağırıb qulaqburması verəcək”

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistanı barışdırmaq üçün səylərini artırıb. O, Avropa İttifaqının …