Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / Ermənilər Mirzə Sakitin oğluna da xəsarət yetirdilər — FOTO

Ermənilər Mirzə Sakitin oğluna da xəsarət yetirdilər — FOTO

Ötən gün Belçika Krallığının paytaxtı Brussel şəhərində soydaşlarımız ermənilərə qarşı aksiya keçirib.

 
Aksiyada məqsəd son vaxtlar Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətinə Ermənistanın hərbi təxribatlarına etiraz etmək olub.


Aksiyanı polis də müşayiət etsə də, buraya gələn ermənilər azərbaycanlılara hücum edib.


Qarşıdurma zamanı ermənilər bəzi azərbaycanlılara ciddi xəsarət yetiriblər.


Olay zamanı xəsarət alanlardan biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş üzvü, mühacirətdə olan tanınmış satirik şair Mirzə Sakitin oğludur.

 
Bu barədə Mirzə Sakitin özü bildirib: “Brusseldə ermənilərlə qarşıdurmada oğlum Cahandarın başını ermənilər daşla yarıblar”.

 
Mirzə Sakit oğlunun vəziyyətinin kafi olduğunu qeyd edib: “Oğlumla danışdım, dedi ata, canına and olsun o alçalqlar məni döysələr də, kişi kimi savaş apardım, ikisininin də ağzını qanatdım, gücüm ona çatdı… Şəhidlərimizə qurban olasan, oğlum Cahandar!”.(pravda.az)

Həmçinin oxuyun

İstanbulda “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib

Türkiyənin İstanbul şəhərində İstanbul Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib.  “Kadıköy …