Ana səhifə / Siyasət / Ermənilər gürcü rəqsini də “özəlləşdirdilər”

Ermənilər gürcü rəqsini də “özəlləşdirdilər”

Facebook sosial şəbəkəsinin gürcü sektorunda peyda olmuş videoya şərh yazmış çoxsaylı istifadəçilərdən biri məhdud sayda insana məlum olan «Gevorkyan rəqs akademiyası»nın solistlərinin ifasında «erməni toy rəqsi»ni təqdim edib.

Sonradan məlum olub ki, video ABŞ-da yazılıb. Hər şey səs-küysüz ötüşə də bilərdi, lakin sosial şəbəkənin gürcü istifadəçiləri bu rəqsi hələ uşaqlıqdan «lekuri» kimi tanıdıqlarını bildiriblər. Nə sadə vətəndaşlar, nə də xoreoqraflar səhv edə bilməzdilər, çünki bu rəqs onların mədəniyyətində özünəməxsus yerə malikdir.

Hər bir gürcü onu həyatının ən əlamətdar günündə — toy günü ifa edir. Buna görə də, Tbilisidə ermənilərin onları «əsas milli rəqsdən məhrum etmələri» ilə bağlı yaranmış səs-küylü qalmaqalı başa düşmək olar. Bəziləri hətta hökuməti Amerika məhkəməsinə müraciət etməyə və milli dəyəri qorumaq üçün UNESCO-ya üz tutmağa çağırıblar.

Gürcüləri hiddətləndirən faktlardan biri də odur ki, bir vaxtlar məşhur sovet bəstəkarı Aram Xaçaturyan həmyerlilərinin indi özününküləşdirməyə çalışdıqları bu gürcü rəqsinə dəfələrlə valeh olduğunu bildirib. O da məlumdur ki, görkəmli gürcü bəstəkar Zaxari Paliaşvili bu rəqsi ayrıca səhnə kimi özünün «Daisi» operasına əlavə edib. Məhz elə sözügedən operadakı rəqs musiqisi ermənilərin öz rəqsləri kimi qələmə verdikləri videoda səslənir.

Tbilisidəki hiddətin əks-sədası ABŞ-a yetişən kimi oradan Gürcüstan paytaxtına üzrxahlığa bənzər izahatlar gəlməyə başlayıb. Məlum olub ki, «akademiya»nın gürcü xalqının milli dəyərini özününküləşdirmək kimi heç fikri də yox imiş. Bəs, guya bizim öz rəqslərimiz də özümüzə bəsdir.

«Erməni toy rəqsi» başlığı isə guya kiminsə «şəxsi təşəbbüsü» olub və «akademiya»nın bundan xəbəri yoxdur. İndi Tbilisidə baş sındırıb anlamağa çalışırlar ki, bununla erməni qardaşlar nə demək istəyirmişlər…

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın