Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Siyasət / “Ermənilər Azərbaycana yalvaracaq, əmin olun!” – Şevçenko

“Ermənilər Azərbaycana yalvaracaq, əmin olun!” – Şevçenko

“Sizi əmin edirəm ki, ermənilər Qarabağda yaşamaq üçün kütləvi şəkildə yalvaracaqlar”.

Bunu məşhur rusiyalı jurnalist, siyasi ekspert Maksim Şevçenko deyib.

“Sadəcə Əsgəranla hazırkı Şuşanı müqayisə edin, başqa heç nə demirəm. Ermənilərin vəziyyətini görürük. Bilirəm ki, ötən dəfə onlarca erməni Şuşaya yaxın gəlib, xahiş edirdilər ki, azərbaycanlılar onlara iş versinlər. Azərbaycan xalqı xeyirxah xalqdır və Prezident İlham Əliyevin dediyi kimi, əgər insan hərbi cinayət törətməyibsə, əgər o, Azərbaycan vətəndaşı olmağa hazırdırsa, heç bir problem yoxdur. Prezidentin mövqeyi belədir ki, ermənilər Azərbaycanda yaşamaq istəyirlərsə, buyurub yaşaya bilərlər, amma qanunlara riayət etməlidirlər. Bu da Azərbaycanı çox müasir və sivil dövlət edən mütləq, hiperavropa mövqeyidir. Bu cür yanaşmalara çox az rast gəlinir”, – o bildirib./Axar.az

Həmçinin oxuyun

Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun …