Ana səhifə / Siyasət / Erməni tarixçidən azərbaycanlılarla bağlı çağırış – “Geri qaytarmalıyıq”

Erməni tarixçidən azərbaycanlılarla bağlı çağırış – “Geri qaytarmalıyıq”

Ukraynanın Xarkov şəhərində yaşayan erməni əsilli ictimai xadim, tarixçi, ədəbiyyatçı və bloger Filipp Ekozyanç əvvəlcə YouTube-da, daha sonra sosial şəbəkə hesablarında “Ermənilərin köçürülməsi” adlı maraqlı video paylaşıb. “Qafqazinfo” minval.az-a istinadən xəbər verir ki, həmin videoda bloger etiraf edir ki, hal-hazırda erməni xalqının soyqırımı gedir. Müəllif qeyd edir ki, soyqırım ondan ibarətdir ki, erməni xalqını real dünyadan virtual dünyaya köçürməyə çalışırlar. Həqiqi tarix əvəzinə isə ermənilərə reallıqla əlaqəsi olmayan virtual qədimilik, virtual böyüklük təqdim etməyə çalışırlar:

“Təəssüf ki, bu gün biz ermənilər özümüz öz soyqırımımızda iştirak edirik. Soyqırım prosesi biz düşündüyümüz və bizi inandırmağa çalışdıqları kimi 100 il əvvəl başlamayıb. 100 il əvvəl bizim və Osmanlı imperiyasının bütün xalqlarına qarşı böyük bəla baş verdi. Bu bəla bir neçə uzun illər əvvəl oldu və həmişəlik ürəklərimizdə qaldı. Bizim xalqın soyqırımı isə 20-ci əsrin 40-cı illərində başladı. Soyqırım sözün özünün və bu anlayışın yarandığı vaxtdan başladı, hələ də davam edir.

Soyqırımın mahiyyəti isə ondadır ki, bizim erməni xalqını real dünyadan virtual dünyaya köçürməyə çalışırlar.

Birincisi, bizi inandıra bildilər ki, bizə ən yaxın xalqlarla, qonşularımız və qan qohumlarımızla ortaq heç bir şeyimiz yoxdur.
İkincisi, bizi inandıra bildilər ki, son 400 ilin məşhur erməni tarixi, yəni osmanlı dövrü bizim tarix deyil. Belə ki, bütün bu 400 ili biz böyük Osmanlı imperiyasının hüquqsuz qulları olmuşuq.

Erməni qardaşlarım, mən əminəm ki, bu belə deyil.

Xalqımıza qarşı tarixi-psixi təcavüz nəticəsində biz özümüz-özümüzün düşməni olmuşuq və fərqində deyilik. Qonşu xalqlara, xüsusilə də, türk xalqına qarşı sürrealist iddia və tələblərimizlə yaxın coğrafi ətrafdan təcrid olunmuşuq.

Biz qapalı, qəzəbli olmuşuq. Qondarma dünyamız ürəyincə deyilsə hər kəsi məhv edə bilərik. O dünya ki, orada biz ən qədim, ən böyük və ən çox zərərçəkmişik…

Mən əminəm və bilirəm ki, bizim xalq yaddaşını, bütün doğmalarını geri qaytarmalıdır. Bura bizdən qopardıqları və qoparmağa davam etdikləri  həm türk, həm azərbaycan, həm də rus xalqı daxildir.

19-cu əsrin sonunda türkləri, 20-ci əsrin sonunda isə azərbaycanlıları düşmən etdilər. Artıq çox uğurlu şəkildə rus xalqına qarşı nifrət virusu aşılayırlar.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın