Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / “Erməni tərəfində 12 nəfər azərbaycanlı əsir olmayıb” – Əhməd Şahidov

“Erməni tərəfində 12 nəfər azərbaycanlı əsir olmayıb” – Əhməd Şahidov

Məlum olduğu kimi, Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq, Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib.

Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlı qüvvələrinə təqdim olunub.

Həmçinin, müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayaraq Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya sülhməramlı qüvvələri və digər beynəlxalq təşkilatlarla tərəfimizdən fasiləsiz olaraq danışıqlar aparılıb və bütün mümkün başqa tədbirlər həyata keçirilib. Bütün bunların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, 12 hərbi əsir Azərbaycana, 44-ü Ermənistana qaytarılıb. O cümlədən, 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanan Şahbaz Quliyev və Dilqəm Əsgərovun Bakıya gətirilməsi təmin edilib. Azərbaycan onda olan bütün erməni əsirlərin qaytarıldığını rəsmən bəyan edib.

Ancaq bütün bunlara baxmayaraq, nədənsə, erməni mediasında elə təbliğat gedir ki, guya Azərbaycan erməni əsirlərini tam vermək istəmir. Guya qalan əsirləri də azad etmək üçün erməni hakimiyyəti var qüvvə ilə çalışır. Belə bir saxta rəy yaratmaq istəyirlər ki, guya Azərbaycan əsirlərin tam dəyişdirilməsində maraqlı deyil, hələ də bizdə erməni əsiri var və s.

Maraqlıdır, ermənilərin bu kimi təxribat xarakterli informasiyalar yaymaqda məqsədi nədir?

Məsələyə münasibət bildirən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidovun sözlərinə görə, erməni tərəfi əsirlər üzərindən manipulyasiya siyasəti apararaq, Azərbaycan barəsində qərəzli rəy yaratmaq istəyir: “Məlum olduğu kimi, əsirlərin dəyişdirilməsi “hamının-hamıya” prinsipi ilə reallaşdırılır. Rəsmi məlumata görə, 44 günlük müharibə zamanı Azərbaycanın 100-dən artıq əsgəri itkin düşüb. Onların taleyindən xəbər yoxdur. Onlar Ermənistan tərəfində əsir də saxlana bilər, Allah qorusun, şəhid də ola bilərlər. Bu isə o qənaətə gəlməyə əsas verir ki, erməni tərəfində 12 nəfər azərbaycanlı əsir olmayıb. Əsirlərin sayı daha çox ola bilər. Ancaq Ermənistan tərəfində isə 1000-dən artıq hərbi qulluqçunun taleyindən xəbər yoxdur. Onlar deyirlər ki, guya Azərbaycan tərəfi onların bir çoxunu əsir saxlayır. Hesab edirəm ki, ermənilərin bununla bağlı iddialarının heç bir əsası yoxdur. Döyüş bölgəsində axtarış işləri aparılır, tapılan erməni cəsədləri qarşı tərəfə təhvil verilir. Onlar itkin düşənlərin Azərbaycan tərəfində olduğunu deməklə bizə təsir etmək istəyirlər. Halbuki, biz bütün hərbi əsirləri təhvil vermişik. Sadəcə, erməni tərəfi bununla Azərbaycan barəsində mənfi rəy yaratmaq istəyir. İstənilən halda, erməni tərəfi manipulyasiya aparır ki, guya bizdə onların əsirləri çoxdur. Ancaq çox güman ki, erməni tərəfində hələ də azərbaycanlı əsirlər var. Çünki erməni xisləti elədir ki, onlardan nə desən gözləmək olar”.

Koordinatorun fikrincə, Azərbaycan bu məsələdə üzərinə düşən işləri görür. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …