Ana səhifə / Siyasət / “Erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır”

“Erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində qanunsuz erməni silahlı dəstələrinin törətdiyi təxribatlara münasibət bildirib. Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.

“Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Orada Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin”, – Türkiyə lideri bildirib.

Həmçinin oxuyun

“Qeyri-qanuni erməni silahlı birləşmələri nəzarətdə saxlanılmalıdır” – NAZİR

Aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azinforum.az -a …