Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Siyasət / Erməni ordusunda böhran: Paşinyan qərar verməyə məcbur oldu – Video

Erməni ordusunda böhran: Paşinyan qərar verməyə məcbur oldu – Video

Ermənistan ordusunda ölüm adi hal alıb. Vəziyyət o qədər acınacaqlıdır ki, baş nazir Nikol Paşinyan bununla bağlı xüsusi komissiyanın yaradılması üçün qərar da qəbul edib. 

Erməni baş nazirin kütləvi əsgər ölümlərinin yenidən araşdırılması ilə bağlı qərarı ölkə daxilində vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir.

Ermənistanda qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların cinayət işləri yenidən araşdırılacaq. Ermənistan mətbuatının məlumatına görə baş nazir Nikol Paşinyanın qərarı ilə qeyri-döyüş şəraitində ölən və ya öldürülən hərbi qulluqçuların cinayət işlərinin öyrənilməsi üzrə işçi qrup yaradılacaq. Buna səbəb isə son aylar Ermənistanda qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların valideynlərinin dəfələrlə etiraz aksiyası keçirməsi və övladlarının ölümü ilə bağlı cinayət işlərinin obyektiv araşdırılmamasına etiraz etməsi olub. 

Ehtiyatda olan polkovnik Şair Ramaldanov hesab edir ki, işğalçı ordudakı acınacaqlı durumun kökündə qeyr-nizami münasibətlər, dayanır.

Ermənistan ordusunda təhlükəsizlik məsələləri ilə bağlı lazmi şəraitin və maarifləndirmənin olmaması da bu sahədə yaranan problemlərin əsas səbəblərindəndir. Ermənistan ordusundakı ölüm hallarının kökündə dayanan səbəblərdən biri də işğal olunmuş ərazilərdə yerləşən hərbi hissələrdəki gərginliklə bağlıdır. Bu gün sosial problemlər içərisində olan Ermənistan cəmiyyətindəki acınacaqlı vəiyyət işğalçı ordunun vətənpərvərlik ruhuna öz mənfi təsirini göstərməkdədir.

Övladlarının ölümü ilə bağlı cinayət işlərinin obyektiv araşdırılmamasına etiraz edən erməni anaları hətta bir neçə dəfə Yerevan və digər şəhərlərdə yolları bağlayıblar. Məsələyə ölkənin Müdafiə naziri David Tonoyan müdaxilə edib. Tonayan etirazçılara cinayət işlərinin obyektiv araşdırılacağını söz versə də artıq Ermənistan əhalisi hökumətin qeyri-real vədlərinə inanmır. Elə bu səbəbdən də erməni nazirin dırnaqarası vədi hələ probemin yaxın vaxtlarda həllinə ümid vermir.

Həmçinin oxuyun

TÜRKMƏNİSTAN RUSDİLLİLİK HALQASINDAN ÇIXIR – Prezident Berdıməhəmmədovu əsəbiləşdirən nə olub?

Viktoriya Panfilova “Nezavisimaya qazeta”, 17.09.2020 Türkmənistan Xarici İşlər Nazirliyi ölkədə rus dilində təhsilin məhdudlaşdırması ilə …