Ana səhifə / Siyasət / Erməni lobbisi İlham Əliyevin Almaniyaya səfərində təxribat törətməyi planlaşdırır

Erməni lobbisi İlham Əliyevin Almaniyaya səfərində təxribat törətməyi planlaşdırır

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada işgüzar səfəri çərçivəsində Kansler Olaf Şoltsun dəvəti ilə aprelin 26-da keçiriləcək “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Hərçənd Prezidentimizin səfəri erməni diasporu və bəzi dairələrin ürəyincə deyil.

Erməni lobbisi və onların havadarları Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiyaya hazırlaşırlar. Erməni dairələri aprelin 26-da Federal Kanselyariyanın qarşısında Azərbaycan Prezidentinin səfərinə “etiraz” piketi keçiriləcəyini bildirib.

Aksiyaya Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Okampo və Almaniya Mərkəzi Erməni Şurasının üzvləri qoşulacaqlar.

Erməni dairələrin əsassız “aksiya şousu”na alət elədiyi argentinalı Okampo kriminal-korrupsioner keçmişi ilə tanınır. İstər Beynəlxalq Cinayət Məhkəməsində işlədiyi dövrdə, istərsə də sonrakı vaxtlarda adı şübhəli maliyyə maxinasiyalarında hallanıb. Vaxtilə korrupsiya və cinsi təqibdə ittiham edilən Okomponun Serj Sarqsyan və Arayik Arutunyanla dostluq münasibətləri var.

Məlumata görə, hazırlanan “aksiya” erməni lobbisinin sifarişi ilə keçirilir.

Azərbaycan Prezidentinin səfəri zamanı belə bir aksiyanın təşkili təsadüfi deyil. Regionda sülh üçün yaxşı perspektivlərin yarandığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və havadarları bu prosesə mane olmağa çalışır, gərginlik yaratmaq üçün ucuz şou qururlar. Delimitasiya prosesi başlanandan bəri Ermənistanda baş verənlər proseslərin eyni mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir. Ermənistandakı revanşist, sülhə qarşı çıxan qüvvələrin aksiyalarına Berlindəki erməni lobbisi və havadarları sabaha planlaşdırdıqları piketlə dəstək verməyi planlaşdırırlar.

Əlbəttə, bu aksiyanın heç bir əhəmiyyəti və təsiri yoxdur. Erməni lobbisinin və pulla ələ aldıqları şəxslərin məqsədi yalnız öz “fəallıqlarını” nümayiş etdirməkdir. APA

Həmçinin oxuyun

Fərəc Quliyev: “Partiyam seçkilərə qatılacaq, özüm isə…”

Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək. Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri …