Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Erməni komandanlığından əsgərlərə xəbərdarlıq – “Qaçanlar arxadan vurulacaq”

Erməni komandanlığından əsgərlərə xəbərdarlıq – “Qaçanlar arxadan vurulacaq”

Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 2-də intensivləşmiş hərbi əməliyatlarda Ermənistanın silahlı qüvvələri böyük itkilər verir. Həmin itkilər ermənilər arasında təşviş, təlaş və ruh düşkünlüyü yaradıb.

Milli.az Ermənistan mediasına istinadən bildirir ki, сəbhə bölgəsindəki hərbi hissələrdə fərarilik, mövqeləri qoyub qaçmaq, hətta Dağlıq Qarabağı tərk edərək, ümumiyyətlə, Ermənistana üz tutmaq halları artıb. Bununla bağlı Dağlıq Qarabağın Hadrut, Ağdərə, Əsgəran və Martuni rayonlarındakı hərbi hissələrdə komandirlər qeyri-rəsmi olaraq əsgərlərə “Təslim olan, qaçan vurulacaq” xəbərdarlığı ediblər.

Ermənistanın Müdafiə Nazirliyi bu xəbəri “əsassız şayiə” adlandırsa da, ermənilər sosial şəbəkələrdə olayı geniş müzakirə edir, xəbərdarlığın gerçəkdən də olduğunu vurğulayırlar.

Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, dünən Ermənistanın haynews.net saytı da erməni ordusunda fərarilik və demoralizasiyanın yüksək həddə olduğundan yazmış, hətta erməni komandirlərinin silahı atıb qaçmaq istəyən 17 əsgəri güllələdiklərini bildirmişdi.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın