Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Siyasət / Erməni investorlarından Azərbaycana qarşı həyasız İDDİA

Erməni investorlarından Azərbaycana qarşı həyasız İDDİA

Bir qrup erməni investoru Azərbaycanı məhkəməyə verib. 

Bu barədə beynəlxalq məhkəmə prosesləri üzrə ixtisaslaşan Global Arbitration Review (GAR) portalı məlumat yayıb. Erməni biznesmenlər işğal edilmiş torpaqlarda qeyri-qanuni tikdikləri kiçik su-elektrik stansiyaları ilə bağlı iddia qaldırıblar.

Məlumatda deyilir ki, SES-ə sərmayə qoymuş erməni investorlar Enerji xartiyası ilə bağlı Beynəlxalq sazişə istinad edirlər. Guya bu saziş onlara bu obyektlərə qarşı qaldırdıqları iddiaya dəstək olacaq. Erməni sərmayəçiləri Azərbaycandanı 100 milyon dollar istəyirlər.

Bu, Vətən müharibəsindən sonra investorlarla dövlətimiz arasında ilk məhkəmə prosesidir.

İddia 19 erməni sərmayəçisi adından ABŞ-da yerləşən Willkie Farr & Gallagher hüquq firması vasitəsi ilə qaldırılıb. Azərbaycandan kompensasiya tələb edən erməni investorların hüquq məsələhətçiləri qrupuna İrəvanda yerləşən, Ermənistanın sabiq ədliyyə naziri Adavid Arutunyanın başçlıq etdiyi Davit & Partners” firması və müstəqil hüquqşünas Norayr Babacanyan daxildir. Azərbaycana “fikirləşmək” üçün 3 ay vaxt verilib, bundan sonra iddia beynəlxalq arbitraj məhkəməsinə veriləcək.

ABŞ hüquq firmasının yaydığı press-relizdə bildirilir ki, iddia Azərbaycanın 2020-ci ildə işğaldan azad etdiyi ərazilərdə yerləşən 18 kiçik SES-lə bağlıdır. Qeyd olunur ki, bu SES-lər Kəlbəcər, Laçın və Ağdərə rayonlarında yerləşir. 44 günlük müharibəyə qədər ermənilər burada qeyri-qanuni fəaliyyət göstəriblər və alternativ, bərpaolunan enerji sahəsinə maliyyə ayırıblar. Nəticədə Azərbaycanın işğal edilmiş ərazilərində elektrik enerjisi istehsalı artıb, bunun bir hissəsini Ermənistana “ixrac” ediblər.

Global Arbitration Review qeyd edir ki, hazırda adları çəkilən SES-lər “Azərenerji”nin balansındadır.

Azərbaycanın bu iddiaya münasibəti məlum deyil. Amma Bakı bu erməni həyasızlığına adekvat cavabını verəcək. Bu iddia ilk növbədə ona görə qüvvəsi yoxdur ki, İrəvan beynəlxalq hüququ pozaraq 30 il qonşu ölkənin işğal etdiyi torpaqlarında qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olub. Bu illər ərzində ərazi qarət olunub və təbii ehtiyatlar Ermənistana daşınıb.

Azərbaycan əraziləri işğaldan azad etdikdən sonra Ermənistana qarşı bu ərazilərdə törətdiyi qarət və barbarlığa görə beynəlxalq məhkəməyə müraciət edəcəyini bəyan edib. Bu isə 100 milyardlarla dollar təzminat deməkdir. Haqqın.az

Həmçinin oxuyun

“Danışıqların uzanması növbəti müharibəyə səbəb ola bilər” – Beynəlxalq Böhran Qrupu

Sülh sazişinin imzalanmaması, danışıqları uzanması Ermənistanla Azərbaycan arasında böyük insan itkisiylə sonuclana biləcək yeni müharibəyə səbəb ola bilər. Beynəlxalq Böhran Qrupu …