Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Erməni gəlin toyda “Məşədi İbad”ın mahnısına oynadı -Video

Erməni gəlin toyda “Məşədi İbad”ın mahnısına oynadı -Video

Erməni toyunda gəlin “Uzundərə rəqsi”nin musiqisinə rəqs edib.
Azinforum.az baku.ws xəbər verir ki, toy mərasimində qonaqların qarşısında rəqs edən gəlinin seçdiyi mahnı qədim Azərbaycan rəqslərindən biri – Uzundərə rəqsinin müsiqisidir.
Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən “O olmasın, bu olsun” operettasında Məşədi İbadın “Mən nə qədər qoca olsam da…” mahnısında istifadə edilib. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.
Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər.
O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə «gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın» deyilir. Beləliklə də, «Uzundərə» oyun havası yaranır. Bu oyun havası bir qədər Vağzalıya bənzəyir.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın