Ana səhifə / Siyasət / Erməni ekspert: Bu, böyük müharibəni yaxınlaşdırır

Erməni ekspert: Bu, böyük müharibəni yaxınlaşdırır

“Ermənistan hökuməti istənilən ssenariyə meyllidir. Paşinyan uzun illər saxladığı şəxsi inancını da buraya əlavə edir: Qarabağdan qurtulmaq lazımdır”.

Bunu erməni mediasına müsahibəsində politoloq Stepan Danielyan deyib.

“Ancaq həyat göstərir ki, böyük geosiyasi maraqlar olduğuna görə qərar vermək onun səlahiyyətində deyil”,-o, qeyd edib.
Danielyanın fikrincə, Ermənistan hakimiyyətinin fəaliyyəti vəziyyəti daha da çətinləşdirir və Cənubi Qafqaz regionunda böyük müharibəni yaxınlaşdırır.

Stepan Danielyan: “Minsk qrupu bizim üçün qəbuledilən meydançadan daha çox  təhlükə mənbəyidir”

Stepan Danielyan

“Ermənistan hökuməti Rusiyanın mövqeyi ilə razılıqdan, yəni rus qoşunlarının Qarabağda qalması və statusun gələcək nəsillər üçün təxirə salınmasından dəm vurur. Eyni iqtidar Qərbdə Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verilməsindən danışır. İranda isə tamamilə əks bəyanatlar verirlər”,-deyə erməni ekspert Paşinyan iqtidarının hərəkətlərini bu cür təsvir edib. Musavat.com

Həmçinin oxuyun

Laçın dəhlizində əslində nə baş verdi? – DETALLAR

Ermənilər Azərbaycanın Laçın dəhlizini bağladığı, Qarabağdakı erməni əhali üçün “həyati əhəmiyyət” kəsb edən yolun qarşısını …