Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Siyasət / Erməni deputatlarının Qarabağa gözlənilməz marşı

Erməni deputatlarının Qarabağa gözlənilməz marşı

Ermənistan parlamentinin bir qrup deputatı bu gün işğal edilmiş Dağlıq Qarabağa yola düşüb.

“Sputnik” bildirir ki, nümayəndə heyətinin tərkibinə hakim Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan, “Sarukyan” bloku fraksiyasının üzvləri Naira Zöhrabyan və Mikayel Melkumyan, “Yelk”dən deputat Ararat Mirzoyan və “Daşnaksutyun”dan Armen Rustamyan daxildirlər.

Təsdiq edilməmiş informasiyaya görə, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla görüşdə sülh haqqında bəyannamə imzalanacaq.

“Sputnik”in müxbiri Qarabağdakı separatçı rejimin “mətbuat katibi” David Babayanla bu informasiyanı, həmçinin imzalanan sənədlə bağlı bəzi məqamları dəqiqləşdirməyə çalışıb.

D.Babayan deputatların səfəri haqda informasiyanı təkzib etməyib, ancaq bu barədə təfərrüatları açmayıb və rəsmi məlumatı gözləməyə çağırıb.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …