Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Erməni deputatlar Bakıda: İçki məclisindən foto paylaşdılar

Erməni deputatlar Bakıda: İçki məclisindən foto paylaşdılar

Xəbər verdiyimiz kimi, bu gün Bakıda baş tutacaq “Avronest” Parlament Assambleyasının iclasında Ermənistandan nümayəndə heyəti də iştirak edəcək. Toplantıda Ermənistanı bu ölkənin “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək.

“Qafqazinfo” xəbər verir ki, hər iki erməni deputat artıq Azərbaycana gəlib. Onlar Bakıda içki içərkən çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, Armen Aşotyan erməni KİV-nə açıqlamasında bildirib ki, Bakıya səfərlə bağlı hər hansı psixoloji problemləri yoxdur: “Bizə Azərbaycan Milli Məclisi tərəfindən təhlükəsizlik zəmanəti verilib. Otellə bağlı problem var idi, lakin həll olunub”.

Sessiya qadın sağlamlığı və gender bərabərliyinə həsr olunub.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın