Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / Erməni deputat: “Polisin hünəri çatırsa, Azərbaycanla sərhədə getsin”

Erməni deputat: “Polisin hünəri çatırsa, Azərbaycanla sərhədə getsin”

Ermənistan parlamentinin “Hayastan” müxalifət blokundan olan deputatı Vahe Akopyan polisi sərt şəkildə tənqid edib. O, etirazlar zamanı erməni polisinin zorakılığa əl ataraq güc tətbiqi etməsini pisləyib.
Akopyan jurnalistlərə verdiyi açıqlamada deyib ki, əgər müxalifət qarşıya qoyulan vəzifələri həll edə bilsə, yəni, hakimiyyətə gəlsə, o zaman bu polisləri Azərbaycanla sərhəddə, Qara gölə göndərəcək.

– Əgər onlar bu qədər güclü və hünərlidirlərsə, o zaman azərbaycanlıları Qara göldən çıxarsınlar, – siyasətçi gileylənib.

Onun sözlərinə görə, İrəvandakı indiki aksiyalar zamanı polis 2018-ci ildəki etiraz aksiyalarından qat-qat sərt davranış nümayiş etdirir. Akopyan əlavə edib ki, özünün də üzvü olduğu o vaxtkı hökumət (o, Zəngəzur vilayətinin qubernatoru olub – red.) guya polisə nümayişçilərə qarşı zorakılıq tətbiq etməməyi ciddi şəkildə tapşırıbmış.

– Təbii ki, bir çox polislər, xüsusən də daxili qoşunlar müxalifətə çox sadiqdirlər. Amma bizə qarşı nifrətini gizlətməyənlər də var. Bu hardan meydana gəlib bilmirəm. Bu qədər nifrətİN nədən yarandığını izah edə bilmirəm, – deputat deyib.

Qeyd edək ki, iki həftədir İrəvanda kütləvi etiraz aksiyaları keçirilir. Bu gün isə keçmiş prezident, hərbi cani Robert Köçəryanın oğlu Levon Köçəryan qanunsuz aksiyaya görə saxlanılıb.

AzVision.az

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …