Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Erməni bloger: Gəncəyə hücum əmrini Paşinyan verib

Erməni bloger: Gəncəyə hücum əmrini Paşinyan verib

Məşhur erməni bloger Tiqran Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib.

“Report” xəbər verir ki, bloger özünün http://pigh.tv/?p=13 səhifəsində yerləşdirdiyi çağırışda N.Paşinyanı kəskin tənqid edib. O, faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzduğunu deyib

O, Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Stepanakertdə (red: Xankəndi) rus hərbiçilərinin olması barədə şayiələr yaydığını iddia edib.

Tiqran Köçəryan öz mənbələri vasitəsilə bu şayiələrin yalan olduğunu təsdiqləyib.

Bloger həmçinin Dağlıq Qarabağın cənub cəbhəsində (red: Füzuli-Cəbrayıl istiqaməti nəzərdə tutulur) ermənilərin tam iflasa uğraması, yaralıları daşımaq üçün maşınların olmaması səbəbindən, bir çoxunun ölməsi, cəbhənin şimal tərəfində (red: Ağdərə istiqaməti nəzərdə tutulur) isə döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycanın artilleriya həmləsinə tab gətirməyərək qaçması barədə yazıb.

Ən maraqlısı isə Tiqran Köçəryan N.Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham etməsidir. Tiqran Köçəryan anlayır ki, bunun nəticəsində Ermənistanın şəhərlərini işğal olunmuş Xankəndinin gündəlik bombalanması kimi aqibət gözləyə bilər.

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …