Ana səhifə / Siyasət / Erkin Qədirli “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi“ ifadəsi yanlışdır”

Erkin Qədirli “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi“ ifadəsi yanlışdır”

“Ermənistanla münaqişəmizə nə vaxtdan “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” deyilməyə başlandığı yadımda deyil. Yadımda olan odur ki, bu ifadəni eşitdiyim ilk andan ona qarşı olmuşam, yeri gələndə onun yanlış olduğunu söyləmişəm”.

Bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

“Ermənistan-Azəbaycan münaqişəsində Dağlıq Qarabağ tərəf kimi göstərilə bilməz. “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” ifadəsi yanlışdır, çünki:

1. Bizim üçün münaqişə tərəfi Ermənistandır, Dağlıq Qarabağ deyil;

2. Yazıda olan tirenin və vergülün yaratdığı məna fərqi danışıqda itir, bununla da qavrayışı çətinləşdirir (dinləyənləri çaşdırır);

3. Hazırki inzibati-ərazi bölgüsündə “Dağlıq Qarabağ” vahidi yoxdur.

Biz bu münaqişəni aydın dilə gətirməli, onu “Ermənistan – Azərbaycan münaqişəsi” adlandırmalıyıq.

Tərcümələri də belə olmalıdır – “the conflict between Armenia and Azerbaijan”, “конфликт между Арменией и Азербайджаном”, və s. Niyə məhz belə? Çünki, məsələn, ingiliscə “Armenian-Azerbaijani conflict”, ya da rusca “армяно-азербайджанский конфликт” ifadələri qeyri-müəyyən şəkildə ermənilərlə azərbaycanlıların münaqişəsi anlamına gəlir, münaqişənin dövlətlərarası olduğunu bildirmir” – E.Qədirli bildirib.

Həmçinin oxuyun

Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş keçirilib

Bu gün Prezident Adminstrasiyasında “Siyasi Partiyalar və Qanunverici Hakimiyyəti ilə əlaqələr şöbəsi”nin müdiri Ədalət Vəliyev …