Ana səhifə / Siyasət / “Erkən seçkilər Paşinyanın geriyə dönüşü olmayan prosesləri bir az uzatmağa hesablanmış addımıdır”
????????????????????????????????????

“Erkən seçkilər Paşinyanın geriyə dönüşü olmayan prosesləri bir az uzatmağa hesablanmış addımıdır”

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın Onik Qasparyanın ordunun baş qərargah rəisi vəzifəsindən azad edilməsi barədə prezidentə göndərdiyi vəsatət Ermənistanda yeni siyasi gərginlik yaradıb. Bundan sonra Armen Sarkisyanın vəsatəti geri göndərməsi, baş nazirin isə qərarından əl çəkməməsi siyasi böhranı kritik həddə çatdırıb. Qarşı duran tərəflər öz tərəfdarları ilə mitinqlər keçirirlər.

Bu arada Respublika meydanında keçirilən mitinqdə Paşinyan Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum elan edib. Baş nazir bildirib ki, Ermənistanın yenidən prezident respublikasına keçidi üçün oktyabr ayında referendum elan edir. Paşinyan deyib ki, referendum ölkəni yenidən prezident respublikası formasına qaytarmaq üçün təşkil olunacaq. Hökumət rəhbəri müxalifətin müvafiq memorandum imzalayacağı təqdirdə növbədənkənar seçkilərə getməyə hazır olduğunu da əlavə edib: “Gəlin seçkiyə gedək və baxaq, xalq kiminlədir”.

Məlumat üçün qeyd edək ki, 2018-ci ildə sabiq prezident Serj Sarkisyan Konstitusiyaya dəyişiklik edib. Həmin dəyişiklikdən sonra Ermənistan parlamentli respublika modelinə keçib. Görünən odur ki, Paşinyan ölkədə prezident quruluşunu bərpa etmək istəyir. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirirlər?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədrinin müavini Afsəddin Nəbiyev buna bir neçə prizmadan yanaşdı: “Ermənistan son 30 ildə ən yüksək siyasi kataklizmlər dövrünü yaşayır. Orada baş verənləri diqqətlə izlədikcə, belə bir qənaətə gəlmək  mümkündür ki, erməni cəmiyyəti hazırda işğalçılıq siyasətindən “qazandıqları meyvənin” bəhrəsini görməkdədir. Vəziyyət elə bir həddə çatıb ki, Ermənistanda hər hansı siyasi qüvvənin bir-birilə masa arxasında sivil davranış nümayiş etdirməsi heç üfüqdə görsənmir. Belə bir vaxtda Ermənistanın baş naziri Paşinyanın mitinq zamanı oktyabrda yeni Konstitusiya və ona düzəlişlər barədə referendum keçirilməsini elan etməsi erməni cəmiyyətinin xaotik dövrünün qarşıdakı illərdə davam edəcəyini göstərir. Cəmi iki il bundan öncə prezident idarə formasından parlament idarə formasına keçən Ermənistan dövlətin idarəçilik formulunu tapmaqda çətinlik çəkir. Fikrimcə, referenduma qədər parlament özü Konstitusiyanın xalq səsverməsi tələb etməyən bir neçə maddələrinə düzəlişlər edəcək. Erkən seçkilər baş nazir Paşinyanın geriyə dönüşü olmayan prosesləri bir az  uzatmağa hesablanmış addımıdır. Əslində, yarı prezident üsul-idarəsinə keçməyi nəzərdə tutan Paşinyan hakimiyyət qolları arasında daha çox səlahiyyətə sahib olmağı düşünür. Baş qərargah rəisi O.Qasparyanla yaşanan hökumət böhranı onu bu addımları atmağa sövq edir. Proseslərin hara qədər gedəcəyini yaxın aylarda   müşahidə edə biləcəyik. İstərdik Ermənistanda 10 noyabr bəyanatından irəli gələn məsələlər öz həllini tapsın. Bu onlara bölgədə dinc və sülhlə yaşamaq üçün verilmiş ən böyük şansdır”.

Sədr müavininin fikrincə, Paşinyanın rəqiblərinin revanşizm çağırışları erməni xalqını elə bir vəziyyətə gətirə bilər ki, Ermənistan dövlətinin mövcudluğu sual altında olacaq.

Həmçinin oxuyun

“Le Monde” nəşri: Fransa Azərbaycanla münasibətləri qaydasına salmağı arzulayır

Fransanın məşhur “Le Monde” nəşri azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa işləri və Qarabağda müharibə …