Cümə , Fevral 23 2024
Ana səhifə / Siyasət / Ərdoğan Çavuşoğluya Azərbaycan haqqında hansı tapşırığı vermişdi?

Ərdoğan Çavuşoğluya Azərbaycan haqqında hansı tapşırığı vermişdi?

Türkiyənin sabiq xarici işlər naziri, TBMM-in NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu REAL TV-yə müsahibə verib. 

Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycanın Türkiyəyə, Türkiyənin də Azərbaycana təşəkkür etməsinə gərək yoxdur, çünki biz bir millətik.

“Bir millət olduğumuz üçün də bir-birimizin haqqını müdafiə etməliyik. Doğrunun haqqını qorumaq Türk millətinin təbiətində var, ona görə də haqlı olan digər millətləri də müdafiə edirik. Siyasətə gəldiyim ilk gündən mənim üçün bir tərəfdən Türkiyənin, digər tərəfdən Türk dünyasının mənfəəti əsasdır. O cümlədən Azərbaycanın da mənim könlümdə, qəlbimdə özəl bir yeri var”. 

M.Çavuşoğlu AŞPA-ya gedəndə Ərdoğanın ona dediyi bir sözü açıqlayıb: “İlk AŞPA-ya getdiyimiz gün sayın Prezidentimiz bizə belə bir tapşırıq verdi. Türkiyənin haqqını hüququnu müdafiə edin, amma Azərbaycanı da tək buraxmayın, onun da haqq-hüququnu müdafiə edin”.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …