Bazar ertəsi , May 27 2024
Ana səhifə / Siyasət / Emmanuel Makron Muxtar Babayevi qəbul edib

Emmanuel Makron Muxtar Babayevi qəbul edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP 29 iqlim konfransının prezidenti Muxtar Babayev Parisdə “COP29 – BEA (Beynəlxalq Energetika Agentliyi) enerji keçidi yüksək səviyyəli dialoq” mövzusunda konfransda iştirak edib.

Bu görüşdə Afrika ölkələri üçün təmiz yemək hazırlamaq təşəbbüsü dəstəklənib.

“Afrika üçün təmiz yemək sammiti”ndə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, o cümlədən COP29 prezidenti Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makron tərəfindən qəbul edilib, bu barədə Fransanın Azərbaycandakı səfirliyi bildirib.

Makron özü də görüş haqqında yazı paylaşıb. Fransa prezidenti sammit iştirakçıları ilə şəkil çəkdirib. Azərbaycanlı nazir də Makronla fotoşəkil çəkdirməkdən imtina etməyib.

Həmçinin oxuyun

Zelenski İlham Əliyevi Sülh Sammitinə dəvət etdi

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: …