Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Emin Millinin qayını necə həbs olunub? – Vəkildən açıqlama

Emin Millinin qayını necə həbs olunub? – Vəkildən açıqlama

“Son günlər müxtəlif KİV-lərdə Nazim Mayis oğlu Ağabəyovun həbsi ilə əlaqədar yayılan və bəzən həqiqətə uyğun olmayan məlumatlarla bağlı aşağıdakıları ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirəm”.
Mia.az xəbər verir ki, bu sözləri “Meydan TV”nin təsisçisi və baş redaktoru Emin Millinin qayını Nazim Ağabəyovun vəkili Adil İsmayılov açıqlayıb.
Vəkilin sözlərinə görə, Nazimin hüquqlarını müdafiə etmək üçün 27 iyul 2015-ci il tarixdə onun atası ilə müqavilə bağlayıb:
“Məlum olmub ki, Nazim Ağabəyov 23 iyul 2015-ci il tarixdə evdən çıxıb idarə etdiyi avtomobillə işə gedərkən Binəqədi rayonu ərazisində, Mir Cəlal küçəsində yerləşən “Bol market” ticarət mərkəziin yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhər Baş polis idarəsiinə gətirilmişdir.
Burada onun üzərinə və maşınına baxış keçirilərkən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin gün Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması müstəntiq Əflatun Səlimova həvalə edilmiş, Nazim Ağabəyov şübhə edilən şəxs qismində saxlanılmışdır. 24 iyulda Ağabəyova 234.4.3-cü maddə ilə ittiham elan edilmiş, Xətai rayon Məhkəməsinin ( hakim İbrahim İbrahimli) qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və o, saxlanılması üçün Kürdəxanıda yerləşən istintaq təcridxanasına göndərilmişdir. 29 iyulda mən təcridxanada Nazim Ağabəyovla görüşmüşəm, o özünü təqsirli bilmədiyini, narkotik vasitələrin ona heç bir aidiyyəti olmadığını, həbsinin bir anlaşılmazlıq olmasını deyib, təcridxanadakı saxlama şəraitindən şikayəti olmadığını bildirib. Həbsdən verdiyim apellyasiya şikayətinə 29 iyulda Bakı Apellyasiya Məhkəməsində (sədrlik edən İlqar Murğuzov) baxılıb və rayon məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Nazim Ağabəyov da, onun valideynləri və həyat yoldaşı da həbsi bir anlaşılmazlığın nəticəsi hesab etməklə, ədalətin qısa zamanda bərpa ediləcəyinə ümid edirlər və bu məqsədlə respublika Prezidentinə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ediblər. Hazırda istintaq davam etdiyi üçün qeyd olunanları kifayət hesab edirəm, zərurət yaranarsa istintaqın gedişi barədə əlavə məlumat verəcəm”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın