Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Emin Hüseynov və Arif Məmmədov azərbaycanlı tələbələrə cavab verə bilmədilər – FOTO

Emin Hüseynov və Arif Məmmədov azərbaycanlı tələbələrə cavab verə bilmədilər – FOTO

“Reportyorların azadlığı və təhlükəsizliyi institutu”nun keçmiş başçısı Emin Hüseynov və sabiq səfir Arif Məmmədov Brüssel mətbuat mərkəzində Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə həsr olunmuş mətbuat konfransı təşkil ediblər.

Mətbuat konfransında Brüsseldə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Tədbirin böyük hissəsinin söz azadlığı mövzusuna həsr olunmasına baxmayaraq, Arif Məmmədov azərbaycanlı tələbələrin suallarına cavab verməməyi üstün tutub.

Məsələn, tələbələrdən biri hiddətini bildirərək deyib ki, Avropa parlamentinin deputatı Frank Engelin başçılığı altında erməni diasporu Avroparlamentin binasında Sumqayıt hadisələrinə həsr olunmuş tədbir keçirdiyi bir gündə Azərbaycan müxalifəti seçkilərlə bağlı mətbuat konfransı təşkil edib. Azərbaycan barədə yalanların yayıldığı bir tədbirin qarşısını almaq əvəzinə azərbaycanlı müxalifətçilər siyasətdən danışırlar.

Arif Məmmədova ünvanlanmış ikinci sual ondan ibarət oldu ki, o, tez-tez Azərbaycanın ərazi bütövlüyündən danışır, amma bununla birlikdə AND təşkilatına rəhbərlik edir. AND-ın rəhbərliyində isə talış separatçılığının fəalları var.

Nəhayət, tələbələr Arif Məmmədovdan soruşublar ki, nəyə görə 15 il dövlətə xidmət etdikdən və Brüsseldə diplomatik missiyanın rəhbəri olduqdan sonra yalnız işdən çıxarılan kimi demokratiyadan danışmağa başlayıb.

Arif Məmmədov sualların heç birinə cavab verə bilməyib və tələbələri təxribatda ittiham edib.

Virtualaz.org

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …