Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Emin Ağalarov uşaq restoranı açır

Emin Ağalarov uşaq restoranı açır

Məşhur azərbaycanlı müğənni, bəstəkar, prodüser və iş adamı Emin Ağalarov Rusiyanın tanınmış prodüseri Maksim Fadeyevlə birlikdə yeni layihəyə başlayır.

“Vedomosti” bildirir ki, “U dyadi Maksa” (“Maks dayının yanında”) adlı uşaq musiqili restoranı Moskvada sentyabrın 1-də fəaliyyətə başlayacaq.

“Grocus Group” şirkətinin vitse-prezidenti Emin Ağalarovla M.Fadeyev layihəyə 1 milyon dollar yatırıblar. 200 yerlik restoran “Crocus Group”a daxil olan “Vegas Crocus City” ticarət-əyləncə kompleksindədir.

Restoranda çek orta hesablı 1000 rubl təşkil edəcək.

Restoranın idarəetməsi ilə “Restaurants by Crocus Group” məşğul olacaq.(milli.az)

Həmçinin oxuyun

Rusiya Kəlbəcər yolunu ələ keçirmək istəyir – Nə etməliyik?

10 noyabr razılaşmasından sonra Rusiya sülhməramlıları yerləşdikləri ərazilərlə bağlı bir neçə dəfə təxribata əl ataraq …

Bir cavab yazın