Ana səhifə / Siyasət / Emin Ağalarov terrorla bağlı onlara cinayət işinin açılmasını tələb edənləri qınayıb

Emin Ağalarov terrorla bağlı onlara cinayət işinin açılmasını tələb edənləri qınayıb

“Heç bir istintaq araşdırması olmadan bizi günahlandırmaq ən azından ədalətsizlikdir”

“Crocus City Hall”dakı terrordan zərərçəkənlərin bir qismi kompleksin sahiblərinə qarşı cinayət işinin başlanmasını istəyirlər.

On bir nəfər olmaqla – konsert zalındakı terror hücumunda həlak olanların yaxınları və zərərçəkənlər istintaq komitəsinin rəhbəri Aleksandr Bastrıkinə ərizə ilə müraciət ediblər.

İddia ərizəsində qeyd olunub ki, “Crocus City Hall”un sahibləri obyektin yanğından mühafizəsini lazımi səviyyədə təmin etməyiblər.

Həmin zala mən, atam, anam gedirdik, azyaşlı övladlarımı ora aparırdım”

Emin Ağalarov isə “Forbes Russia”ya müsahibəsində ittihamları ədalətsizlik hesab etdiyini deyib.

Heç bir istintaq araşdırması olmadan bizi günahlandırmaq ən azından ədalətsizlikdir. Həmin zala mən, atam, anam gedirdik. Azyaşlı övladlarımı ora aparırdım. Biz bu zala necə səhlənkar yanaşa bilərdik?  İnsanlar deyirlər ki, niyə zalın yanğınsöndürmə sistemi işləməyib? Odlu silahlardan atəş açaraq, eyni zamanda yanğın törədildiyi bu kimi fors-major hallarda yanğını söndürmək mümkün olsaydı, dünyada terror nəticəsində yanğınlar da baş verməzdi. Mənə inanın, orada nəyinsə işləməməsi qeyri-mümkündür. Orada hər şey başdan-ayağa yoxlanılır”, – Emin Ağalarov müsahibəsində deyib.

Həmçinin oxuyun

Milli Şura mitinq qərarı verib

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) aprelin 21-də saat 15.00-ə mitinq təyin etdiyi bildirilir. Bu barədə …