Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Emin Ağalarov: “İkinci dəfə evlənmək haqda düşünmürəm”

Emin Ağalarov: “İkinci dəfə evlənmək haqda düşünmürəm”

“Leyla ilə ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurmaq haqqında düşünmürəm”.

Bu sözləri müğənni və biznesmen Emin Ağalarov Rusiya KİV-ə müsahibəsi zamanı deyib.

“Baxmayaraq ki, Leyla ilə münasibətimiz gözəldir, lakin ailə həyatımız uğursuz oldu. Mən boşanmanı uğursuzluq hesab edirəm. İkinci dəfə ailə həyatı qurmaq haqqında hələ ki, düşünmürəm. Buna heç vaxtım da yoxdur. Mənim uşaqlarımın tərbiyəsi bütün gücümü və vaxtımı alır. Həmçinin musiqi karyeramla məşğul oluram və idarə etdiyim böyük biznesim var. Yeni ailə həyatı qismət olsa, yaranacaq. Hər şeyin öz vaxtı var” – deyə Emin Ağalarov əlavə edib (ANS PRESS).

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın