Şənbə , Dekabr 10 2022
Ana səhifə / Siyasət / Emin Əmrullayev İlham Pirməmmədovu işsiz qoymadı

Emin Əmrullayev İlham Pirməmmədovu işsiz qoymadı

Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri, nazirin müşaviri olmuş İlham Pirməmmədova Azərbaycan Texniki Universitetində yeni vəzifə verilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu ilin may ayında Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, universitetin Elm və Texnika üzrə prorektor vəzifəsi ləğv edilib. Onun yerində Elm və İnnovasiya üzrə prorektor vəzifəsi yaradılıb. Bu vəzifəyə elektrik elektronika mühəndisliyi doktoru, professor Çətin Elmas təyin olunub. 
Prorektor vəzifəsini itirən İlham Pirməmmədov isə Azərbaycan Texniki Universiteti rektorunun müşaviri təyin edilib.
Qeyd edək ki, İlham Pirməmmədov sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun ən yaxın adamı hesab edilirdi.

Həmçinin oxuyun

Diplomatların və hərbi attaşelərin Zəngilana səfəri başlayıb

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin dekabrın 10-da Zəngilan rayonuna …