Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Elza Seyidcahan: “Tahir Süleymanov layiqli cəzasını aldı”

Elza Seyidcahan: “Tahir Süleymanov layiqli cəzasını aldı”

Xəbər verdiyimiz kimi Mərkəzi Seçki Komissiyası oktyabrın 11-də keçirdiyi iclasında əməkdar artist E. Seyidcahanın namizədliyinin 54 saylı Şabran-Siyəzən DSK tərəfindən qeydə alınmaması barədə qərarı ləğv edərək onun namizədliyi qeydə alınıb.
 
Olanlar barədə Elza Seyidcahan “Yeni Müsavat”a açıqlama verib:
“Əsas odur ki, saxtakarlıq adı mənim üzərimdə götürüldü. Əgər bu haqsızlıq yerdə qalsaydı, mən daha heç vaxt bəstəkar kimi mahnı bəstələyə bilməzdim…”
Əməkdar artist bundan öncə ona qarşı təzyiq və təhdidlər edənlər barəsində də danışıb:
“İnsan var ki, yalnız özünü fikriləşir, arzuladığı məqsədə çatmaq üçün hətta vətənini, xalqını, partiyasını da satar. Mən o insanlardan deyiləm. El arasında bizdə belə bir məsəl var-“Adımı sənə qoyum, səni yana-yana qoyum”. Tahir Süleymanov (adı çəkilən dairənin hazırkı deputatı və namizədi) mənə öz adını qoya bilmədi. Mənə şər atmaq istəsə də layiqli cəzasını aldı.
Mən özümü seçilmiş hesab edirəm. Çünki, mənə etimad göstərən şəxslər yenidən mənə imza atdı. Mən yenidən 550 səsi toplaya bildim. Fəhlələr, müəllimlər şəxsiyyət vərəqələrinin şəkilərini çəkib mənə yolladılar. Onlar mənim tapdalanmş hüququmu müdafiə etdilər. Onların hər birinə sağ ol deyirəm”.
Qeyd edək ki, bir neçə gün bundan öncə 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürən əməkdar artist Elza Qasımovanın (Seyidcahan) namizədliyi qeydə alınmamışdı. DSK-nın verdiyi qərara görə toplanan imzaların 43-ü etibarsız sayılıb, imza verən 180 seçici isə imzasından imtina edib.
Əməkdar artistin şikayəti əsasında MSK İşçi Qrupunun apardığı araşdırma zamanı məlum olub ki, 78 nəfərin imzalarından imtina etməsi əsaslıdır, 102 nəfərin imzasından imtina ərizələri isə əsaslı deyil. MSK İşçi Qrupu hesab edib ki, etibarlı sayılan imzalar da E. Seyidcahanın namizəd kimi qeydə alınması üçün yetərlidir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın