Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Elza bahalaşmaya da şeir yazdı: “Qazsız, işıqsız boşalmaq olmur…”

Elza bahalaşmaya da şeir yazdı: “Qazsız, işıqsız boşalmaq olmur…”

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın şeir yazdığı hamıya bəllidir.
İfaçı bu dəfə qazın və elektrik enerjisinin qiymətinin bahalaşmasına şeir həsr edib.

Həmin şeiri oxuculara təqdim edirik:

Qış elə soyuqdur ki,

Qaz isitmir evimizi,

Qoz qabığı yandırıb

Qazlayırıq özümüzü

Günün soyuğunda

Qazsız qaz yolmaq olmur

Boşalmaq, dolmaq olmur

Qazdı, işıqdı

Bunlar evə yaraşıqdı

Qaz yaraşırdı evimizə

İşıqda yaraşırdı

Amma qaz çox yananda,

Qazpulu yığan çaşırdı

İşıqları söndürəndə

Hamının dili dolaşırdı

Qaz ha qaz, özümə quyu qazdım

Qazsız azdım,

İşıqsız azaldım…

Qaz bahadırsa ay insan

Odun sobası al

Ağac kəs, odun topla

Yalan danış, gopla

İşığı kəsəndə

Düş həyətə oyna topla

Topla ay adam işığını, qazını

Çoxunu azını

Ay kasıb adam,

Evi nəfəsinlə isit

Kəsməsinlər qazını.

Diferensiallaşma

Aşma

Çaşma

Bax mənim görüntümə, yaşıma

Diferensiallaşma!!!

Qaz, Diferensiallaşma!

Elektrik, Diferensiallaşma!

Oyyy, nələr gəldi başıma!

Qazzzzz

Qaz ha qazzzz!

Kəsilmə qaz,

Bahalaşma qazım mənim,

Üşüməsin quzum mənim! (mia.az)

 

***********

Əməkdar artist, bəstəkar-ifaçı Elza Seyidcahan bir gün sonra  belə bir şeir yazmadığını bildirib. Qeyd edib ki, o, nəinki indi, ümumiyyətlə heç vaxt belə mövzularda şeir yazmayıb və bu, ifaçıya qarşı törədilmiş təxribatdır, cinayətdir:
“Boşboğaz, paxıl, hər şeyi hazır görmək istəyən bəzi insanlara elə gəlir ki, uğur bizi özü gəlib tapıb. Yox, elə deyil, uğurumuz bir məbəd, bizlər də uğur məbədimizin memarıyıq. Elza Seyidcahanın da hamı kimi həyatda keşməkeşli, qayğılı, ehtiyaclı günləri olur. Həyatın gözəlliyi də elə budur. Ancaq o, həyatsevərdir, hər zaman xalqını, dövlətini sevə-sevə tərənnüm edir və hər zaman da belə olacaq. Ona görə də bəzi bədhaqlar, nanəcimlər həmişə çalışırlar ki, Elza Seyidcahanın mərd adına xələl gətirsinlər, ləkə vursunlar. Heyhat, bu, mümkün deyil. Elzanı namərdlər qova-qova daha da mərd elədilər. Şükür allaha!”
Əməkdar artist onu da vurğulayıb ki, E.Seyidcahanın adından şeirlər yazıb paylaşanlar qanun qarşısında cavab verməli olacaqlar:
“Mənim adımdan qazın qalxması ilə bağlı və s. səviyyəsiz, şər, böhtan dolu sözlər yazan cinayətkar, təxribatçı tezliklə məhkəmədə cavab verəcək, cəzasını alacaq. Hansı saytda bunlar yazılıbsa, kim paylaşıbsa hamısı artıq əldə edilib, aidiyyati şəxslərə təhvil verilib.
İnsan nə qədər azğınlaşmalıdır ki, utanmadan başqasının adından yalan, şər, böhtan yazsın. Tezliklə onun hansı şaircik olduğu məlum olacaq. Bəllidir ki, paxıllıq, əclaflıq ona rahatlıq vermir və Elzanın təmiz adına ləkə gətirməyə çalışır. Onsuz da Elza Seyidcahanı tanıyanlar bilirlər ki, onun boşbağazlıqları Elzanın dəsti-xətti deyil. Qanunumuzun keşiyində duran hüquq mühafizə orqanlarımız onu layiqli yerində otuzdurar”.
Moderator.az Elza Seyidcahan imzası ilə təqdim olunan həmin şeiri də təqdim edir.
Qış elə soyuqdur ki,
Qaz isitmir evimizi,
Qoz qabığı yandırıb
Qazlayırıq özümüzü
Günün soyuğunda
Qazsız qaz yolmaq olmur
Boşalmaq, dolmaq olmur
Qazdı, işıqdı
Bunlar evə yaraşıqdı
Qaz yaraşırdı evimizə
İşıqda yaraşırdı
Amma qaz çox yananda,
Qazpulu yığan çaşırdı
İşıqları söndürəndə
Hamının dili dolaşırdı
Qaz ha qaz, özümə quyu qazdım
Qazsız azdım,
İşıqsız azaldım…
Qaz bahadırsa ay insan
Odun sobası al
Ağac kəs, odun topla
Yalan danış, gopla
İşığı kəsəndə
Düş həyətə oyna topla
Topla ay adam işığını, qazını
Çoxunu azını
Ay kasıb adam,
Evi nəfəsinlə isit
Kəsməsinlər qazını.
Diferensiallaşma
Aşma
Çaşma
Bax mənim görüntümə, yaşıma
Diferensiallaşma!!!
Qaz, Diferensiallaşma!
Elektrik, Diferensiallaşma!
Oyyy, nələr gəldi başıma!
Qazzzzz
Qaz ha qazzzz!
Kəsilmə qaz,
Bahalaşma qazım mənim,
Üşüməsin quzum mənim!
Qeyd edək ki, bundan aylar öncə Roma Papasına yazılmış şeir də Elza Seyidcahana məxsus deyil.

Azinforum.az

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın