Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / Elxan Şükürlü Ədalət Partiyası sədrinin müavini təyin edildi

Elxan Şükürlü Ədalət Partiyası sədrinin müavini təyin edildi

“Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü Ədalət Partiyasının Siyasi Şurasının üzvü və partiya sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.

 Bununla bağlı bu gün Ədalət Partiyasının sədri İlyas İsmayılov sərəncam imzalayıb.

 Xatırladaq ki, E. Şükürlü Ədalət Partiyasının qurucularından biri olub, 2000-2011-ci illərdə partiya sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini vəzifəsini tutub. 2011-ci ildə İlyas İsmayılovun artıq dünyasını dəyişmiş oğlu Etimad İsmayılovla mübahisəsi səbəbindən partiya sıralarından istefa verib, yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olub. 2015-ci ildən “Strateq.az” analitik-internet qəzetinin təsisçisi və baş redaktorudur.

Həmçinin oxuyun

“Şuşada təmir etdiyim evdə yaşaya bilmədim” – Erməni qadından Arayikə etiraz

Azərbaycanın tarixi şəhəri olan Şuşada vaxtilə qanunsuz məskunlaşdırılmış ermənilərdən biri separatçıların lideri Arayik Arutyunyana üsyan …