Şənbə , Fevral 24 2024
Ana səhifə / Siyasət / Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürüldü 

Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürüldü 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb. 

Bu barədə partiyadan məlumat verilib. 

Böyük Azərbaycan Partiyası Siyasi Şurasının qərarı aşağıdakı kimidir: 

1. Növbədənkənar Prezident seçkilərində BAP öz namizədi ilə iştirak etsin. 

2. BAP sədri Elşad Musayevin Prezidentliyə namizədliyi irəli sürülsün. 

3.BAP-ın Seçki Qərərgahı yaradılsın. 

4. İlham Bəkirli BAP Seçki Qərərgahının sədri, Vüqar Qasımov və Ramiz Mahmudov sədr müavinləri təyin edilsinlər. 

5. Vüqar Qasımov və Fikrət Cəfərov BAP-ın səlahiyyətli nümayəndələri təyin edilsinlər. 

6. Azad Məmmədov BAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilsin. 

Qeyd edək ki, Elşad Musayevin namizədliyi ilə Azərbaycan Prezidenti seçkisində (7 fevral 2024) iştirak edəcək iddiaçıların sayı 4 olub. 

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …