Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / Elmira Axundovaya nə olub? – Əsa ilə görüntüləndi/Foto

Elmira Axundovaya nə olub? – Əsa ilə görüntüləndi/Foto

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova əsa ilə görüntülənib.

“Qafqazinfo”nun əməkdaşının Azərbaycan Dövlət Rus Dram Teatrının kassasının qarşısında lentə aldığı fotoda xanım səfirin səhhətinin yerində olmadığı müşahidə edilib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Azərbaycanın Ukraynadakı səfiri E.Axundova və diplomatik korpusun nümayəndə heyəti Ukraynanı tərk etmişdi və bu, ciddi müzakirələrə səbəb olmuşdu. Xanım səfir Ukraynanı tərk etməsini həm də əməliyyat olunması ilə əsaslandırmışdı.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 69 yaşlı Elmira Axundovanın budəfəki durumu isə həmin əməliyyatla bağlı deyil, ayağı burxulması ilə əlaqədardır.

Həmçinin oxuyun

Prezident deputatları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında sərəncam …